192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb
2019-01-16 17:04:38

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evinə vurulmuş bürünc barelyef ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb. Hələlik həmin şəxslərin axtarışı nəticə verməyib. Bu barədə Turan-a Novxanı bələdiyyəsindən bildiriblər.

Mənbənin məlumatına görə, səhər hadisə yerinə Abşeron Rayon İcra Hakimiyyəti və polis nümayəndələri gəliblər. Araşdırma və barelyefin axtarışı davam edir.

Qeyd edək ki, barelyef 1992-ci ildə Rəsulzadələr ailəsinə məxsus evin divarına vurulub. Onun yeganə heykəli də bu kənddədir.