192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP-nin 5 fəalına həbs və pul cəriməsi kəsildi
2019-01-16 15:19:07

Yanvarın 16-da Bakının Nəsimi Rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Emil Səlimova 20 sutka, Nicat Abdullazadəyə 20 sutka inzibati həbs verib. Məhkəmə Nicat Nizamov, Şəmistan Həziyev və Emin Maniyevin hər birini isə 200 manat cərimə edib. Fəallar İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

AXCP-nin fəalları yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında polis tərəfindən saxlanılıb.

Onlar 2018-ci ilin mayında həbs edilən AXCP fəallarının məhkəməsində iştirak etmək üçün məhkəmənin qarşısına gəliblər. Məhkəmə zalında yer olmadığına görə binanın qarşısında gözləməli olublar. Bu zaman polis azı 12 fəalı saxlayıb. Sonradan onların bir çoxu azad buraxılsa da 5 nəfər məhkəmə qarşısına çıxarılıb.

AXCP sədri Əli Kərimli bildirib ki, rejim artıq məhkəmələrin qarşısını da qadağan zonasına çevirib.

“Məhkəməyə gələnləri də həbs edirlər. Ağır Cinayətlər Məhkəməsində Saleh Rüstəmli, Aqil Məhərrəmli, Babək Həsənov, Ruslan Nəsirli və Vidadi Rüstəmlinin məhkəmə prosesinin 1-ci iclası zamanı da 7 nəfər AXCP fəalı saxlanmışdı. Bu gün yenidən AXCP funksionerləri polis tərəfindən saxlanılıb. Repressiyanın qabağından qaçmaq, hər birimizin öz başını qoruması çıxış yolu deyil”, Əli Kərimli facebook səhifəsində qeyd edib.

Rəsmi qurumlar AXCP fəallarının həbsi ilə bağlı hələ şərh verməyib