192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İlham Əliyevin Maltadakı bankı bağlandı
2018-11-07 12:20:00

Avropa Mərkəzi Bankı Maltanın Pilatus Bankının lisenziyasını ləğv edib. Bu bankın sədri ABŞ-da çirkli pulyuma ittihamları üzrə həbs olunmuşdu.

BBC Maltanın Maliyyə Xidmətləri Orqanına istinadla yazır ki, bu qurum Avropa bankını tədbir görməyə çağırıbmış.

Bir il öncə avtomobilinə qoyulmuş bombanın partlaması nəticəsində öldürülmüş jurnalist Daphne Caruana Galizia bu bankı korrupsiya ödənişlərində ittiham edirdi.

Həmin qətldən bəri AB bankla bağlı araşdırma aparırdı.

Martda Malta hakimiyyəti bankın aktivlərini dondurdu. Bundan öncə isə bankın sədri Ali Sadr Hashemi Nejad Birləşmiş Ştatlarda saxlandı. Menheten federal məhkəməsinin araşdırdığı ittihamnaməyə görə, o, ABŞ-ın İrana sanksiyalarından yayınma sxemində iştirakda suçlanır.

Jurnalist Caruana Galizia Pilatus Bankı bir sıra cinayətlərdə, o cümlədən Malta və Azərbaycanın aparıcı fiqurlarına şübhəli ödənişlərdə ittiham edirdi. Jurnalist üzə çıxarmışdı ki, bankın depozitlərinin 60 faizi İlham Əliyev ailəsinin və Kəmaləddin Heydərovundur.