192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələr HESABAT
2019-01-17 15:40:10

Siyasi Məhbusları Müdafiə Mərkəzi “Həbs yerlərində saxlanma şəraiti; mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair” adlı hesabat hazırlayıb. Hesabat həbs yerlərindəki real vəziyyəti əhatəli şəkilə təsvir edir. Azadlıq.info hesabatın tamını dərc edib.

Təqdim olunan hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş siyasi məhbusların və onların vəkillərinin təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb.

Hesabat 2 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.

Hesabatın hazırlanmasında məqsəd. Məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə təsbit edilmiş qaydada təmin olunmasına yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.

Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv hazırlanması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bunun üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaradıb. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün olub.

Həbs yerləri və məhbusların sayı ilə bağlı ümumi məlumatlar. Pentensiar Xidmətin açıqladığı məlumatlara görə Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var. Bu müəssisələrdə 13 cəza növünün icrası həyata keçirilir. Rəsmi məlumatlarda Azərbaycanda həbs yerlərində saxlanılan məhbusların və təqsirləndirilən şəxslərin dəqiq sayı ya göstərilmir, ya da bu rəqəm reallıqdan az göstərilir. Bu da ölkədə beynəlxalq təcrübə ilə müqayisədə məhbusların say çoxluğunun gizlədilməsinə xidmət edir. Qeyri- rəsmi məlumatlara görə Azərbaycan həbsxanalarında 30 minə yaxın məhbus saxlanılır. Lozanna Universitetinin Avropa Şurası üçün apardığı araşdırmanın nəticələrinə görə Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə Avropada üçüncüdür. 2015-ci ilin məlumatına görə Azərbaycanda 24 min 117 məhbus var. Bu hər 100 min nəfərə 248, 5 məhbus deməkdir. Bu reytinqdə birinci yeri 641 min məhbusu olan Rusiya tutur. Orada əhalinin hər 100 min nəfərindən 438 nəfəri həbsxanadadır.

Rusiyanın ümumilikdə 144 milyon, Azərbaycanın isə təxminən 10 milyon nəfər əhalisi olduğu nəzərə alınarsa, Azərbaycanda məhbusetmə rəqəmi xeyli yüksəkdir (http://wp.unil.ch/space). Eyni zamanda aparılan araşdırmaya görə son illər ölkəmizdə məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25 faiz, qadın məhkumların sayında 83 faiz artım qeydə alınıb.

Maraqlıdır ki, Gürcüstan və Azərbaycanda azadlıqdan məhrumetmə hallarının böyük qismini narkotika ilə bağlıdır. Azərbaycanda 5600, Gürcüstanda isə 2700 məhbus narkotik maddə ittihamı ilə həbs edilib. Başqa sözlərlə Azərbaycanda bütün məhbusların 28 faizini “narkomanlar” təşkil edir. Azərbaycan və Gürcüstanda isə məhbusların ikinci böyük qrupu oğurluğa görə məhkum edilənlərdir.

Yeri gəlmişkən qeyd edək ki, son illər Azərbaycanda yeni həbs yerləri inşa edildiyi halda Hollandiyada 2014-cü ildə 14, 2016-cı ildə 5 həbsxana (cəza çəkmə müəssisəsi) bağlanıb. Hətta 2016-cı ilin sentyabr ayından türmələr boş qalmasın deyə Norveçdən 240 dustaq cəza çəkmək üçün Hollandiya həbsxanalarına yerləşdirilib. Hollandiya əhalinin hər 100 000 nəfərinə düşən məhbusların saylına görə 59 nəfərlə Avropada 49-cu yerdə qərarlaşıb (mənbə; http://www.prisonstudies.org/).