192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
A.Alışanovun R.Rafiqoğlu ilə əvəzlənməsi AzTV-nin fəaliyyətinin yaxşılaşacağı, bu kanalda obyektiv informasiyanın olacağı ilə bağlı ictimai gözlənti doğurmadı
2019-01-17 17:58:14

Prezident İlham Əliyevin işdən azad etdiyi səkkiz dövlət qurumu rəhbərindən ən çox müzakirə olunanı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov oldu. A.Alışanovun işdən çıxarılması xəbərindən dərhal sonra sosial şəbəkələr şən replikalarla dolmağa başladı. Ən çox yayılan fraza odur ki, "Almaniya rahat nəfəs ala bilər, onu "məhv edən" AzTV rəhbəri öz işini sonadək çatdıra bilmədi".

A.Alışanov tabeliyində olan işçilərlə görüşmürdü, onları qəbul etmirdi, narazı əməkdaşları dinləmirdi. Onun qəbuluna düşmək demək olar ki, mümkün deyildi. O, öz fkirləri ilə üst-üstə düşməyən istənilən fikrin qarşısını alırdı, həm də təkcə tabeliyində olanlar arasında yox. Ekspertlərin A.Alışanovun fəaliyyətilə bağlı yadda saxladıqları yeganə şey telejurnalistika sahəsində mütəxəssis, professor Qulu Məhərrəmliyə qarşı məhkəmə prosesidir. 2016-cı ilin fevralında Q.Məhərrəmli Azərbaycan televiziyasının 60 illik yubileyi ilə bağlı müsahibəsində AzTV-ni tənqid etmişdi. Həmin il A.Alışanovun iddiası üzrə məhkəmə başlamışdı.

QSC sədrinin səlahiyyətlərinin müvəqqəti icrası AzTV-də siyasət proqramının aparıcısı Rövşən Rafiqoğluna (Məmmədov) həvalə edilib. O, verilişə dəvət olunan qonaqların rəsmi mövqeyini dəstəkləyərək hakimiyyətin istənilən siyasətini təqdir etməsi, əl hərəkətləri, fərqli fikirlərin qarşısını alması, tamaşaçılara qaşlarını çataraq baxması ilə yadda qalır.

A.Alışanovun R.Rafiqoğlu ilə əvəzlənməsi AzTV-nin fəaliyyətinin yaxşılaşacağı, bu kanalda ölkə daxilində və dünyada siyasi, iqtisadi hadisələrə dair obyektiv informasiyanın olacağı ilə bağlı ictimai gözlənti doğurmadı. Müstəqil müşahidəçilərdən yalnız Əvəz Həsənov bildirib ki, əgər AzTV-nin rəhbərliyi dəyişirsə digər telekanalların da rəhbərləri dəyişməlidir ki, ölkədə televiziya məkanı yenilənsin və indiyə kimi mövcud olan neqativdən azad olsun.

İctimai diskussiyaların digər iştirakçılarını A.Alışanovun korrupsiya faktlarının araşdırılması maraqlandırır. Qulu Məhərrəmli deyib ki, A.Alışanovu 12 il öncə işdən çıxarmaq lazım idi. Onun kimiləri öz ənənələri olan televiziya kanalına rəhbərlik etməməliydi. O, keçmiş sədrin vurduğu zərərin müzakirəsini aktual hesab edir və sadalayır: AzTV-nin peşə səviyyəsinin aşağı olması, ixtisaslı kadrların işdən kənarlaşdırılması, dövlətin ayırdığı illik 50-55 mln. manatın taleyinin məlum olmaması.

Media hüququ sahəsində ekspert Rəşid Hacılı bəzi rəhbərlərin işdən kənarlaşdırılmasını islahatların aparılmasının göstəricisi hesab etmir.

"İslahat o vaxt olur ki, müstəqil parlament seçkisi keçirəsən. Parlamentə hesabat verən, dinamik hökumət qurasan.

Televiziyaları, mətbuatı zəncirdən azad edəsən. Qoy, hökuməti gündəlik nəzarətdə saxlasınlar. Korrupsiya, fəaliyyətsizlik hallarını müzakirəyə çıxarsınlar.

Məhkəmə sistemini korrupsiya bataqlığından çıxarasan. Peşəkar, əxlaqlı hakim korpusu yaranmasına təkan verəsən. Məhkəmələri siyasi həbslərin icraçısına çeirməkdən imtina edəsən. İstintaqı, polisi siyasi fəaliyyətin, həm də qanunsuz, tərəfinə çevirməyəsən....", - R.Hacılı yazıb.

A.Alışanovun çıxarılması və R.Rafiqoğlunun təyinatı AzTV-ni yaxşılaşdıra bilməz, çünki beynəlxalq institutlar tərəfindən dəfələrlə pislənilən söz azadlığı və mətbuat hüquqlarının məhdudlaşdırılması Azərbaycanda qalmaqdadır. Televiziya kanalları arasında rəqabət yoxdur, onların maliyyə mənbələri şəffaf deyil, hakimiyyətin istəyilə onlar qapadıla bilər. QSC sədrinin vəzifəsinin icraçısı A.Alışanovun iradəsinin icraçısı olub, AzTV-nin islahat səylərində rolu nəzərə çarpmayıb.

"Ola bilsin ki, R.Rafiqoğlunun təyinatı ilə AzTV "Almaniyanı dağıtmağa, Fransanı ifşa etməyə" son qoyacaq", - azərbaycanlılar R.Rafiqoğlunun verilişlərində fransalı "sarı jiletlilər"in etiraz nümayişini yada salaraq zarafat edirlər. Bircə bu, qocaman Azərbaycan kanalında yeganə "yaxşılaşma" ola bilər.

Mənbə Turan informasiya agentliyi.