192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Parlamenti 'Mehman Hüseynovun işi' ilə bağlı qətnamə qəbul edib
2019-01-17 15:47:03

Avropa Parlamentinin insan hüquqlarının pozulması ilə bağlı vəziyyətin və konkret olaraq bloger Mehman Hüseynovun işinin müzakirə olunduğu bugünki iclasında Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub.

Çıxış edən müxtəlif ölkə və fraksiyalardan iyirmiyə yaxın Avropa deputatının qiymətləndirmələri və hökuməti tənqidi ortaq olub.

Xüsusən, Azərbaycan hakimiyyətinin uzun illərdir öz öhdəliklərinə məhəl qoymadığını, insan hüquqlarını və demokratiya normalarını kobud şəkildə və saymazcasına pozur.

Bununla əlaqədar deputatlar Avropalı siyasətçilər arasında Azərbaycan hakimiyyətindən aldıqları pul müqabilində insan hüquqlarının pozulmasına göz yuman, rəsmi Bakının müdafiəçisi olmağa çalışan, bu zaman Avropa üçün qaz mənbəyi kimi Azərbaycanın əhəmiyyəti ilə spekulyasiya edən lobbiçiləri tənqidə məruz qoyublar.

Pedro Aqramuntu və pula satılan və Bakının korrupsioner rejimini müdafiə edən digər Avropalı deputatları və məmurları məsuliyyətə çağırmaq lazımdır.

Azərbaycanın Avropanın tərəfdaşı olaraq qaldığı və onun qazının Avropalıların Moskvadan asılı olmamasına kömək etməsi haqqında spekulyasiyalara son qoyulmalıdır.

Hakimiyyətin özbaşınalığına son qoyulmalı və birinci şəxsə və Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirli olan bütün digər məmurlara qarşı sanksiyalar tətbiq edilməlidir.

Deputatların bugünki çıxışlarının əsas tezisləri belə olub. Çıxışlara Ticarət üzrə Avropa Komissarı Sesiliya Malstr yekun vurub. O qeyd edib ki, Brüssel Azərbaycan hakimiyyəti ilə Mehman Hüseynovun işi üzrə daimi dialoq aparır və onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir.

"Ona qarşı saxtalaşdırılmış yeni cinayət işi Aİ və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir. Biz Bakı ilə daimi dialoqu davam etdirirk və bu ölkə ilə yeni saziş ətrafında danışıqlarımıza mütləq demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və ədalətli dövlət idarəçiliyinə dəstək bəndləri daxil ediləcək.

Bu müddəalar çərçivəsində biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqə saxlayacağıq və fevralın 5-də məsləhətləşmələrimizi Bakıda davam etdirəcəyik", deyə o bildirib.

Avropa Komissarı həmçinin qeyd edib ki, Aİ-nin Bakı ofisi təkcə Mehman Hüseynovun deyil, digər siyasi məhbusların işlərini də diqqət mərkəzində saxlayır.

Müzakirələrin yekunlarına görə Avropa Parlamentinin Bakını insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə tənqid edən qətnaməsi qəbul edilib.