192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İranın ER-kı səfirliyinin hərbi attaşesi Artsaxın əsas məsələsində İranın mövqeyini təsdiqlədi
2019-01-18 10:47:47

Ermənistan Respublikasının Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz Facebook səhifəsində Müdafiə nazirliyinin ER Müdafiə Siyasəti İdarəsinin rəhbəri Levon Ayvazyan İran İslam Respublikasının Ermənistandakı səfirliyinin hərbi attaşesi Mahdi Vecdani ilə görüşü barədə məlumatlandırır. Tərəflər yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Bağerinin Azərbaycana etdiyi səfərə və sonuncunun DQ əsas məsələsi ilə bağlı etdiyi ifadəyə və Azərbaycan mətbuatında dövr edən informasiyaya toxunmuşlar. İran İslam Respublikasının hərbi attaşesi Artsax məsələsində İranın balanslı mövqeyini təsdiqlədi. O, dəfələrlə heç bir dəyişiklik baş vermədiyini və mətbuatda təqdim olunan məlumatların və onun müxtəlif şərhlərinin təhrif olunduğunu bildirirdi. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan tərəflər yaxın vaxtlarda yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif məsələlər üzrə öz mövqeyini ifadə etmək üçün bir çox halların olacağına əmin olduqlarını bildiriblər. Bu baxımdan Levon Ayvazyan və Mahdi Vecdani müdafiə əlaqələrinin regionda sabitliyin, sülh və təhlükəsizlik xeyrinə inkişaf etdiyini vurğuladılar.