192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Xədicə İsmayıl: Səfirliklərdən heç kim aclıq aksiyası keçirənlərə baş çəkməyib
2019-01-19 13:26:17

Müsavat Partiyasının qərargahında "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə yanvarın 2-dən başladığı aclıq aksiyası davam edir.

Hazırda aclıq aksiyasını jurnalist Xədicə İsmayıl, fəallar Rövşən Niftalzadə, Aygül Cəfərova, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Fuad Əhmədov və Orxan Baxışlının ataları Zəfər Əhmədov və Rafiq Baxışov davam etdirir.

Xədicə İsmayıl artıq 4 gündür aksiyaya qatılıb. “Amerikanın səsi”nə açıqlama verən jurnalist deyib ki, iki gündür həkimlər onarı müayinə etmir.

Jurnalist bildirib ki, özünü normal hiss edir, hələ şikayəti olan yoxdur:

“Zəfər Əhmədovda hərdən baş gicəllənməsi olur. Amma israrla deyir ki, çox yaxşıyam”.

Xədicə İsmayıl Azərbaycan hökuməti və Ombudsman Aparatının da onlarla maraqlanmadığını deyib:

“İnsan hüquqları kimi bu, daha çox ombudsmanın öhdəliyindədir. Ombudsman bununla maraqlanmalı, gəlməli, yoluxmalıdır. Soruşmalıdır ki, siz niyə aclıq edirsiniz. Ölkədə nə baş verib? Əslində, biz, ombudsmanın məşğul olmalı olduğu problemlərlə bağlı aclıq edirik. Ombudsman heç bir reaksiya vermir, gəlmir, soruşmur. Görünür ki, bir daha ona iş görmədiyinin xatırladılmasını istəmir. Çünki normal müstəqil ombudsman institutu olsa idi, yəqin ki, indiyədək həbsdə siyasi məhbusumuz qalmazdı”.

Jurnalist parlamentin insan hüquqları komitəsinin də aclıq edənlərlə maraqlanmadığını diqqətə çatdırıb:

“Parlamentdən kiminsə belə bir maraq göstərməsinin şahidi olmamışam. Əslində onlardan gözləntimiz də yoxdur. Təəssüf ki, Azərbaycanın müstəqil parlamenti yoxdur. Parlament icra hakimiyyətinin bir qoludur. Prezident Administirasiyasının qərarlarını təsdiqləməklə məşğul olan qurumdur. Seçilmiş parlament olmadığına görə biz onlardan da seçicilərinin arzusuna uyğun qərarlar gözləmirik”.

X.İsmayıl aksiyaya beynəlxalq münasibətdən danışarkən bildirib ki, hələ Azərbaycandakı xarici ölkə səfirliklərindən heç kim aclıq aksiyası keçirənlərə baş çəkməyib:

“İki həftəyə yaxındır aclıq aksiyası davam etdirilir. Amma heç bir beynəlxalq nümayəndəlik və yaxud xarici ölkə səfirliyi gəlib aclıq edənləri yoxlamayıb”.