192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Zəfər Əhmədov: Yanvarın 21-dən ölüm aclığına başlamaqda qərarlıyam
2019-01-21 11:10:08

“Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbilə aclıq aksiyası keçirənlərdən biri – Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Zəfər Əhmədov yanvarın 21-dən ölüm aclığına başlaya bilər. Meydan TV-nin xəbərinə görə, bu barədə Z.Əhmədov özü açıqlama yayıb.

Məhbus Ailələri Koordinasiya Mərkəzinin də koordinatoru olan Z.Əhmədov həbsdə olan siyasi fəallardan AXCP Gənclər Komirəsinin üzvü Fuad Əhmədlinin atasıdır. O, yanvarın 17-dən aclıq edir.

“Kütləvi çıxışlarda aksiyaya ötəri də olsa, diqqət ayrılmaması ən azı, bu aksiyanı başlamış şəxslərə, o cümlədən siyasi məhbuslara sayğısızlıqdır. “19 yanvar mitinqi aclıq aksiyasının davamı idi” deyənlərin isə yadına salıram ki, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir aksiya qarşısına qoyduğu məqsədlərə çatmamış dayandırıla bilməz. Aclıq aksiyası, piket, mitinq, yürüş və s. də son məqsədə çatmaq üçün vasitədir, bir-birini tamamlaya bilər, əvəz edə bilməz. Bunları nəzərə alıb, Mehman Hüseynova açılmış saxta cinayət işi bağlanana, ən azı, səfirlik nümayəndələri aclıq aksiyası keçirənlərə baş çəkib tələblərini dinləyənə kimi aksiyasını dayandırmağı məqbul hesab etmirəm. Müraciətim gözlədiyim effekti verməsə, 21 yanvardan ölüm aclığına başlamaqda qərarlıyam”, - Z.Əhmədov bildirib.

Z.Əhmədov Müsavat Partiyasının qərargahında aclığı davam etdirir. Həbsdən çıxmasına az qalmış haqqında yeni cinayət işinin başlanmasına etiraz olaraq aclıq edən bloger Mehman Hüseynova dəstək məqsədilə ictimai-siyasi fəallar da yanvarın 4-dən aclıq aksiyasına başlayıb. Bu aksiyaya qoşulanlar arasında jurnalist Xədicə İsmayıl, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və başqa çoxsaylı fəallar olub. Hazırda aksiyanı üç nəfər davam etdirir – Zəfər Əhmədov, həbsdə olan cəbhəçi gənc Orxan Baxışlının atası Rafiq Baxışov və təkbaşına etiraz aksiyaları keçirdiyinə görə “Tək adam” ləqəbilə tanınan Füzuli Hüseynov.