192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N. Paşinyan Davosda publisist kimi “Demokratiyanın gələcəyini formalaşdırmaq” mövzusunda tematik müzakirə mövzusunda çıxış edəcək
2019-01-21 11:57:06

Ermənistan  Respublikasının Baş naziri Nikol Paşinyan yanvarın 22-25-də Davosda keçiriləcək Dünya İqtisadi Forumunun müzakirələrdən birində çıxış edəcək. Davos Dünya İqtisadi Forumunun rəsmi saytına istinadən, Paşinyan “Gələcək demokratiyanın formalaşması” mövzusunda məruzəylə çıxış edəcəkdir. Xatırladaq ki,Yanvarın 20-də Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumuna qatılmaq üçün İsveçrəyə işgüzar səfərə gedib. Forum çərçivəsində digər ölkələrin, beynəlxalq təşkilatların və biznes şirkətlərinin başçıları ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlər planlaşdırılır. Davosda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Dünya iqtisadiyyatı liderlərinin (IGWEL) və Dünya İctimai Forumunun qeyri-rəsmi görüşündə iştirak edəcək. İsveçrənin Tsürix şəhərində Ermənistan Baş naziri Nikol Paşinyan İsveçrə-Ermənistan Ticarət Palatasının nümayəndələri və İsveçrəli iş adamları ilə görüşməyi planlaşdırır.