192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Qara yanvar” hadisələri ermənilərə qarşı Azərbaycanın nifrət təbliğatının aləti olaraq
2019-01-21 15:23:25

29 il əvvəl bu günlərdə ermənilərin kütləvi qırğınlarından sonra Bakıda Sovet qoşunları və azərbaycanlı silahlı qrupları arasında baş vermiş toqquşmalar iki tərəfdən də itkilərlə nəticələndi. Azərbaycanın rəsmi məlumatlarına görə, Azərbaycan tərəfindən itkilərin sayı 150-a çatmışdı. Yanvarın 20-dən fevralın 11-nə qədər davam olunan toqquşmalarda 38 Sovet qoşunu da dünyasını dəyişmişdi. Azərbaycan təbliğatında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş olaylara “Qara yanvar” və ya “Qanlı yanvar” adı verildi.

Ermənilərin, erməni qoşunları və silahlı qüvvələrinin qeyd olunan hadisələrlə heç bir əlaqəsi olmadığına baxmayaraq, Azərbaycan hakimiyyətləri “20 Yanvar”-ı öz anti-erməni təbliğatında tətbiq edirlər. Baş verənlərlə bağlı mifik anlayışlar və “qəhrəmanlıq mübarizəsi” fikrinin yayılması ermənilərə qarşı nifrət və ksenofobiya təbliğatına əsaslanır və hazırda bunu Azərbaycan ictimaiyyətinin bəzi anlayışlarını və təsəvvürlərını araşdıranda görmək olar.

Rəsmi Bakının siyasəti və 20 yanvarda dövlətin dəstəyi ilə təşkil olunan tədbirlər ermənilərin hədələnməsi ilə keçirilir. Azərbaycan Respublikası prezidentinin saytında “Qara yanvar”-a həsr olunmuş bölümdə təqdim olunan materyallarda “20 Yanvara aparan yol” başlıqlı xronologi̇yada ilk səhifələrdən bəri Ermənistan SSR-da və Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış hərəkətlə bağlı saxta təbliğat məlumatlarla 20 yanvarda baş verən hadisələri “ermənilərin törətdiyi cinayətlərlə” əsaslandırmağa cəhd edilir.

Azərbaycan KİV-lərində 20 yanvar haqqında məlumatlarda bir sıra təbliğat nümunələri görə bilərik. Məsələn, saytlardan birində “20 Yanvar qırğınında erməni əli və ya Moskvaya 20 Yanvar tapşırıq-mesajı hələ bir həftə əvvəl Yerevandan verilmişdi” sərlövhəli yazı oxumaq olar.

Bu cür kompaniya yalnız daxili auditoriyaya yox, beynəlxalq ictimaiyyətə ünvanlayan bəyanatlarda da görmək olar. Məsələn, Azərbaycan ombudsmanı Elmira Süleymanova “Qara yanvar” hadisələrinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara ünvanlanmış bəyanatda Sovet dövlətinin rəhbərliyini “beynəlxalq hüquq normlarını kobudcasına pozaraq, ermənilərin cinayətlərinə və təcavüzünə” dəstəkləməkdə günahlandırıb. Süləymanova həmçinin “SSRİ rəhbərliyini Dağlıq Qarabağ Muxtar Vilayətində erməni separatçılara dəstək verməkdə” günahlandıraraq, saxta iddialar irəli sürdü. Süleymanova, faktiki olaraq elə saxta bəyanatlarla Azərbaycan ictimaiyyətinə təsir göstərərək, “ermənilərə qarşı nifrət təbliğatına” əsaslanan siyasəti aparır.

1990-cı il “Qara yanvarı” ilə bağlı dövlət tərəfindən ermənilərin, guya bu hadisələrin günahkarı (Sovet qoşunlarından başqa) olmasına dair saxta hekayənin (narrative) yaradılması və ermənilərə qarşı nifrət təbliğatı Azərbaycan ictimaiyyətində ermənilərin Azərbaycan və azərbaycanlıların düşməni obrazının kök salmasına töhfə vermişdir. Azərbaycanda “20 Yanvar” hadisələri ilə bağlı keçirilmiş bir sıra sorğularda səsləndirilmiş fikirləri araşdırırkən görə bilərik ki, ermənilərin hədələnməsi Azərbaycan ictimaiyyəti sıralarında qeyd olunan hadisələr barədə tamamilə saxta və əsassız anlayışların formallaşmasına gətirib çıxartmışdır.

Məsələn, 2018-ci il yanvarın 19-da Kanal13 tərəfindən "20 yanvar haqqında nə bilirsiniz?” mövzusu ilə keçirilmiş sorğuda elə fikirlər səsləndirilib ki, 1990-cı il yanvarın 20-də Bakıya “rus və erməni qoşunları” hücum etdi. Başqa biri isə qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə “erməni qoşunları Azərbaycan ərazilərini işğal etdi və xalqı qətlə yetirdi”

A24 tərəfindən hazırlanmış digər bir sorğuda uşaqlar da iştirak edirdi. Diqqətəlayiqdir ki, uşaqlar bəzən Sovet qoşunlarını unudaraq günahkar olaraq ilk “erməni quldurları”-nı xatırlayırlar. Bəziləri isə, qeyd etdilər ki, “ermənilər o gün Azərbaycanı işğal etdilər”.

20 Yanvar hadisələri barədə rejissor Vahid Mustafayevin “Qanlı yanvar” filmində erməni qoşunlarını göstərən kadrların olmamasına baxmayaraq, film qəhrəmanlarının dialoqlarında erməniləri günahlandırma məyli hiss olunur. Filmin mahnıları da maraqlıdır. Məsələn, mahnılardan birində Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi Ə. Vəzirovu “təhqir etmək” üçün “Vəziryan” adlandırırlar.

Bakıda ermənilərin qırğınları və “Qara yanvar”-ın əlaqəsi: qurbanlar günahkarların, günahkarlar isə qurbanların rolunda

Azərbaycanlı jurnalist Zeynal İbrahimov bildirir: “Azərbaycan soqırım barədə danışarkən unudur ki, o zaman Bakının milionlarla yerli əhalisi köçdürüldü. Düşünürəm ki, bu soyqırımdı”. Azərbaycan SSR-də ermənilərə qarşı təzyiqlər və qırğınalar hələ 1988-1989-ci illərdə başlanmışdı. Bu, 1990-cı ildə Bakıda davam edildi. Ümumiyyətlə, 1988-1990-ci illərdə qırğınlar zamanı və onun nəticəsində öldürülmüş ermənilərin sayı ən azı 500-600-ə çatdı.

Hadisələrin xronoloji ardıcıllığı aydıncasına göstərir ki, Sovet qonşuları yanvarın 13-dən 19-dək ermənilərin kütləvi qırğınlarından sonra Bakıya girdi. Aşağıda görstərilir ki, Bakıda ermənilərin qırğınları Sovet qonşularının Bakıya girməsi üçün yeganə səbəb deyildi, amma bu hadisələr arasında səbəb-nəticə əlaqəsi aydındır.

Qeyd edək ki, Avropa Pralamenti üç dəfə 1988-ci il iyunun 7-də, 1990-cu il yanvarın 18-də və 1991-ci il martın 14-də Sumqayit və Bakı qırğınları qınayan üç qətnamə qəbul etdi. 1990-cu il yanvarın 18-də qəbul olunmuş qətnamədə SSRİ hakimiyyətləri Azərbaycanda yaşayan erməniləri və onların əmlakının təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa çağırıldı. Diqqətəlayiqdir ki, bu qətnamədə “müdaxilə etmək üçün qoşunlar göndərərək, Azərbaycanda yaşayan erməni əhalisinin real müdafiəsinin təmin edilməsini” çağırıldı.

Bu fakt artıq özü sübut edir ki, hətta Avropa Parlamenti Bakı qırğınlarının qarşısının alınması məqsədilə Bakıya Sovet qoşunlarının girişi zəruri hesab edirdi.

Moskva, yanvarın 15-də Bakıda ermənilərə qarşı törədilmiş qırğınlara reaksiya verdi və Azərbaycanda fövqəladə vəziyyət bəyan etdi, amma Sovet qoşunları yalnız yanvarın 20-də, artıq bir həftə ermənilərə qarşı qırğınlar dalğasının davam edilməsindən sonra Bakıya girmişdi. Hər halda qeyd olunan zamanda Sovet qoşunlarının müdaxiləsi Bakıda artıq idarə olunmayan vəziyyətlə şərtlənə bilər. Ermənilərin kütləvi qırğınlarının ilk günündə, yanvarın 13-də keçirilmiş mitinq zamanı “Azərbaycan Xalq Cəbhəsi”-nin  rəhbəri A. Elçibəy Azərbaycan hakimiyyətlərinə 1990-ci il mayın 28-də SSRİ-dən çıxma referendumu keçirmək tələbiylə faktiki olaraq ultimatum tədim etmişdi. Elçibəy qeyd edib ki, cavabı dinləmək üçün yanvarın 20-də yenə toplanacaqlar.

Hadisələrin xronikası sübut edir ki, Sovet qoşunlarının ermənilərin provokasiyası ilə Bakıya girişi barədə Azərbaycan tərəfinin yalan iddiaları əsassızdır, çünki qoşunların müdaxiləsi ermənilərin kütləvi qırğınlarından bir həftə sonra baş vermişdi.

1990-ci il martın 29-da Moskvada SSRİ Ali Şurasının qapalı müşavirəsində Azərbaycan nümayəndəliyi yanvarın 20-də olan hadisələr üçün istintaq orqanın yaradılmasını tələb etdi, amma belə bir orqan yaradılmadı. Güman edilə bilər ki, Azərbaycan nümayəndəliyi erməni qırğınların istintaq edilməməsi şərtiylə 20 yanvar hadisələri araşdırmamağa razılıq verdi.

20 yanvar hadisələri və Bakıdakı ermənilərin qırğınlarına dair Azərbaycanın müxtəlif gücləri tərəfindən indiyədək səsləndirilmiş qiymətləndirmələrdə məsuliyyətdən qaçmaq üçün günahı bir-birinə atma məyli müşahidə olunur. Bu kontekstdə bir necə istiqamətləri təqdim edə bilərik.

  • Erməni qırğınları və “Qara yanvar” Heydər Əliyev tərəfindən hakimiyyətə gəlmək üçün təşkil olunmuş fəaliyyət kimi qiymətləndirilir.
  • 20 Yanvar hadisələri üçün Azərbaycan Xalq Cəbhəsinə qarşı ittihamlar sirəli sürüldü. Bəzi fikirlərə əsasən, Xalq Cəbhəsi insanları bilərək küçələrə çıxartmışdır.
  • 1990-cı il yanvarın 25-də Moskvada Azərbayacan Xalq Cəbhəsinin üzvü Məmmədov mətbuat konfransında hakimiyyəti erməni qırğınları törətməkdə günahlandırıb, çünki beləliklə seçkilərdə hakimiyyətin AXC-ə keçməsinə maneə törədiləcəkdi.

Beləliklə, 20 yanvar hadisələri və erməni qırğınları bir-birinə bağlı olsalar da, bu, Azərbaycan tərəfindən təqdim olunan kimi deyil. Sovet qoşunlarının Bakıya girmə səbəblərindən biri ermənilərə qarşı gələcək qırğınlarının qarşısını alması ola bilərdi, lakin bu o anlama gələ bilməz ki, Bakı erməniləri azərbaycanlılar tərəfindən təşkil edilmiş qırğınların qurbanı olmaqda və Bakıda Sovet qoşunları və azərbaycanlıların silahlı qrupları arasında toqquşmalar “səbəblərindən” biri olmaqda günahkardı.

Yuxarda qeyd olunan faktlar və bəyanatların araşdırılması sübut edir ki, Azərbaycanın hazırkı hakimiyyətləri və digər siyasi güclər təbliğat və müxtəlif manipulyasiya vasitələri ilə Azərbaycan ictimaiyyətində ermənilərə qarşı nifrət və düşmənçilik hissi gücləndirmək məqsədilə bütün faciəli hadisələrdə “erməni izi” axtarma və “ermənilərin günahını” qeyd etmə siyasətindən istəfadə edirlər. Bəzən ermənifobiya elə məntiqsiz və əsasız ittihamlar və anlayışlar irəli sürür ki,  hər il “Qara yanvar” günlərində biz bütün bunların şahidi oluruq.

Armenpress.am