192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nazir: “Talışlılar öz doğma yurdlarına qayıdacaq və özlərinin təbii həyatını davam etdirəcəklər”
2019-01-22 10:35:39

“Hayastan” Ümumerməni Fondunun və AR dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə 2018-ci ildə Mardakert rayonunun Talış kəndində 8 yeni evin tikintisinə başlanılıb. Bu haqda jurnalistlərə AR şəhərsalma naziri Karen Şahramanyan deyərək qeyd edib ki, həmin evlərin tikinti işləri yayda başa çatacaq.

“Şəhərsalma naziri Karen Şahramanyanın sözlərinə görə, 2018-ci ildəTalışda 4 evin bərpası, “Hayastan” Fondu sayyəsində bərpa olunub.Talışda təhlükəsiz və rahat yaşayış üçün bütün şərait yaradılmışdır. İcmada təminatlı qaydayla yeni tikilmiş məktəb və uşaq bağçası,onların sığınacaq və oynamaq üçün meydançaları həmçinin vardır. Talşda müasir tələblərə uyğun olan icma mərkəzi, tibbi yardım bölməsi, tədbirlər üçün zal, həyati əhəmiyyətli otaqlar yaradılıb.

Mərkəzi yol yaxşı vəziyyətdədir, yaşayış binaları tam təmir edilib və lazımi mebel və avadanlıqla ilə təchiz olunub. Hazırda Talışda 2 yeni və 40 təmir edilmiş evlər var. Evlərin tikintisi başa çatdıqdan sonra Alaşanda yaşayan Talış sakinləri öz yurd-yuvalarına dönəcək və normal bir həyata başlayacaqlar”- deyərək nazir qeyd edib.