192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Emin Ağalarov həbs qorxusundan ABŞ-a getmədi
2019-01-22 13:14:56

ABŞ Prezidenti Donald Trump ilə sıx əlaqələri olan rusiyalı pop star, azərbaycanlı Emin Ağalarov Birləşmiş Ştatlara səfərini təxirə salıb. Onun agenti bunu Ağalarovun xüsusi prokuror Robert Mueller ilə işləyən FTB (FBI) agentləri tərəfindən həbs olunma ehtimalı ilə əlaqələndirib.

Qeyd edək ki, Ağalarovun 2016-cı ildə Trump Tower-də rusiyalılarla görüşü təşkil etdiyi bildirilir. Mueller isə Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır.

Azadlıq Radiosu “The Independent” qəzetinə istinadən yazır ki, əslən Azərbaycandan olan rusiyalı oliqarx Araz Ağalarovun oğlu Emin ABŞ və Kanadada beş gün ərzində konsert verməliydi. İlk konsert yanvarın 26-da Nyu Yorkda keçiriləcəkdi.

“Belə bir mesajı yazdığıma həqiqətən nifrət edirəm, amma seçimsiz qalmışam, məndən asılı olmayan şərait ucbatından ABŞ və Kanada turumu ertələməyə məcburam”, – Ağalarov Facebook və Instagram-da yerləşdirdiyi mesajda deyir.

Pop ulduz bu şouların bir il öncədən planlaşdırıldığını deyir. O, hamıdan üzr istəyir.

Qəzet yazır ki, Ağalarov və onun reklam agenti Rob Goldstone-nun 2016-cı il görüşünün təşkilində əsas rol oynadığı bildirilir. Mueller hazırda bu görüşü də araşdırır.

İyunun 9-da təşkil olunmuş görüşdə Trump-ın kürəkəni Jared Kushner, seçki kampaniyasının meneceri Paul Manafort, Kremlə bağlı vəkil Natalia Veselnitskaya, tanınmış rusiyalı amerikalı lobbiçi Rinat Akhmetshin, biznesmen Ike Kaveladze, tərcüməçi Anatoli Samochornov və cənab Goldstone iştirak edib.

Bildirilir ki, bu görüşdən öncə Goldstone Trump-ın böyük oğluna onda demokratların namizədi Hillary Clinton barəsində Rusiya mənbələrindən əldə etdiyi “kirlədici” informasiya var.

Ağalarovlar ailəsi isə Trump-ı çoxdan tanıyırdı. 2013-cü ildə Eminlə atası Trump-ın Moskvada Dünya Gözəli müsabiqəsi təşkil etməsinə yardımçı olub. Onlar Moskvada Trump Tower tikməyi də müzakirə ediblər.

Bloomberg News-a müsahibəsində 39 yaşlı Ağalarov deyib ki, həbs olunma qorxusundan ABŞ-a səfərini təxirə salır.

“Məndə belə bir hissi var ki, ABŞ tərəfinin niyyətləri xoş deyil – anti-Rusiya isteriyasının yaradıldığı bir dönəmdə məni, tanınmış birini bu sirk tamaşasına cəlb etmək istəyirlər. Əməkdaşlığa tamamilə açıq və hazıram, ancaq qarşı tərəfin mənə bu imkanı verməyə hazır olmasından əmin deyiləm”, – Ağalarov deyib.

Ötən il Demokratik Milli Komitə Ağalarovlara qarşı iddia qaldırıb, onları 2016-cı il seçkisinə müdaxilə məqsədilə Rusiya və Trump-ın kampaniyasının əlbirliyində iştirakda suçlayıb. Bloomberg News yazır ki, Ağalarovlar dekabrda ABŞ-dakı hakimdən bu iddianı rədd etməyi istəyiblər.

Ağalarovun ABŞ-dakı vəkili Scott Balber “The Independent” suallarını cavablandırmayıb. Amma o, NBC News-a deyib ki, bu ertələmə “dəqiq” Rusiya istintaqıyla bağlıdır.

Trump və Rusiya hər hansı əlbirlik iddialarını rədd edir. Trump Rusiya istintaqını dəfələrlə “əcinnə ovu” adlandırıb.