192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N.Paşinyan İsveçrəli iş adamlarına: “ Əgər addım atmaq istəyirsinizsə, Ermənistana gəlin başqalarını zənginləşdirin və zənginləşin”
2019-01-22 12:37:34

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Tsürixdə İsveçrə-Ermənistan Ticarət Palatasının nümayəndələri və İsveçrəli iş adamları ilə iş  naharını edib.ER Baş nazirinin iş heyətindən verilən məlumata görə,görüşdə İsveçrə Milli Şurasının keçmiş sədri Dominiq de Buman iştirak edib.Baş nazir ER hökumətinin ali önəmliklərini, sənaye, biotexnoloqiya,əzcasçılıq, kənd təsərrüfatı qida və içkilər , turizm və infrastrukturları təqdim edib.”Ermənistan hökuməti istehsalat sahəsində rəqabət qabiliyyətinin artmasına inamlıdır. Rəqabətli olmaq üçün biz gərək müasir texnoloqiyaları sənaye prosesslərində tədbiq edək. Yüksək texnologiya sənaye inkişafı üçün bir təşviq kimi xidmət edəcək və bu hərtərəfli inkişafa zəmanət verir. Sektor müxtəlifdir. Müsabiqəli sahələr toxuculuq, ayaqqabı, dərman, biotexnologiya, zərif zərgərlik və saatsazlığı özündə əks edir. Ermənistan yüksək texnologiyalar və mühəndislik sahələrində böyük potensiala malikdir”-deyərək ER Baş naziri Nikol Paşinyan qeyd edib. O,ER Hökumətin bütün yuxarıda göstərilən sahələrdə inkişafını təmin etmək öhdəliyini ətraflı şəkildə izah etdi. İş adamlarını Ermənistana dəvət edən Baş nazir: “Potensialımız var, imkanlarımız var, regional və qlobal iqtisadi oyunçu olmaq üçün siyasi iradələrimiz həmçinin var.

Məsələ ondan ibarətdir ki, siz bizə qoşulmağa hazırsınızmı və bu maraqlı, lakin o qədər də asan olmayan yolu bizə qoşulmaq istərdinizmi?. Əgər addım atmağa hazırsınızsa, Ermənistana gəlin, başqalarını zənginləşdirin və özünüz də zənginləşin”.