192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri N.Paşinyan və AİB rəhbəriylə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
2019-01-22 16:32:53

Davosda ER Baş naziri Nikol Paşinyan Asiyanın İnkişaf Bangının sədri Takehiko Nakaoyla görüşüb.Hökumətin ictimaiyyətlə əlaqələr idarəsindən bildirilir ki, görüş ərzində Ermənistanda AİB yardımıyla həyata keçirilən bir sıra proqramların gedişatı, o cümlədən “Şimal-Cənub”magistral yolunun tikintisi, infrastrukturun inkişafı, seysmik təhlükəsizlik və digər sahələr müzakirə olunub. Nikol Paşinyan Ermənistan hökuməti ilə AİB arasında sıx əməkdaşlıq və proqramların effektiv həyata keçirilməsinin vacibliyini vurğulayıb və Ermənistan iqtisadiyyatında müsahibəçilərin müsbət dəyişikliklərini təqdim edib.Paşinyan vurğulayıb ki, ER hökuməti islahatların həyata keçirilməsində və ölkəmizdə iqtisadiyyat inqlabını həyata keçirmək məsələsində olduqca qətiyyətlidir.Tərəflər ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün AİB proqramlarının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.AİB rəhbəri qeyd edib ki, onlar Ermənistan Respublikası hökuməti ilə layihələrin genişləndirilməsi və yeni sahələri əhatə edəcək daha böyük layihələrin həyata keçirilməsini müzakirə etməyə hazırdırlar.