192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əfqan Muxtarlının hüquqları pozulur
2018-11-07 16:34:29

Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir.
Bu haqda Ə.Muxtarlı noyabrın 7 - də həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışığı zamanı məlumat verib.
Muxtarlı bildirib ki, ədliyyə nazirinə yazdığı məktubun məzmunu ona övladları ilə “Skype” danışığına şərait yaradılması ilə bağlı olub.

“Qanunvericilikdə məhbusların ailə üzvləri ilə “Skype” danışığı nəzərdə tutulmayıb, amma bu, qadağan da olunmayıb”, - deyə Muxtarlı bildirib.

“Əfqan yazdığı araşdırmalarına və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhvələrə, tənqidi fikirlərinə görə Gürcüstandan oğurlanaraq həbs olunub. Ədliyyə Nazirliyi və həbsxana rəhbərliyi göndərilən məktubların qarşısının alınmasına aydınlıq gətirməli, siyasi məhbusların azyaşlı övladlarını sınağa çəkəcək səviyyəyə enməməlidir”, - deyə Mustafayeva bildirib.

Həbsxana rəhbərliyi Ə.Muxtarlının telefon zənglərinə məhdudiyyət qoyub. Artıq 5 aydır jurnalistin dostları ilə görüşməyinə icazə verilmir.