192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əfqan Muxtarlı: Həbsxana rəhbərliyi mənə qarşı təxribat hazırlayır
2019-01-23 10:51:53

Meydan TV-nin xəbərinə görə, hazırda həbsdə olan, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı jurnalist Əfqan Muxtarlı insan haqları təşkilatlarına və səfirliklərə müraciət ünvanlayıb.

Jurnalistin xanımı Leyla Mustafayeva tərəfindən ictimailəşən müraciətdə deyilir:

“10 gündən artıqdır ki, həbsxana rəhbərliyi mənə qarşı təxribat hazırlayır. Şahin Həsənovun əmri ilə mayor Kamil müxtəlif üsullarla mənə təzyiq edir ki, nəsə etiraz edim. Bundan istifadə edib mənə qarşı yeni cinayət işi qaldırsınlar.

Həbsxana rəhbərliyində fikir formalaşıb ki, siyasi məhbuslara təzyiq edən zabitlərin rütbələri və vəzifələri artırılır. Mayor Kamil dəfələrlə deyib ki, mənim əleyhimə yazın, vəzifəmi artırsınlar. Azərbaycan mətbuatından xahiş edirəm ki, mayor Kamil və Şahin Həsənov haqqında yazsınlar.

Bu gün xəstələr üçün müalicə otağından çıxarılmışam. Faktiki olaraq, qidalanma problemim var. Şəkərim var. Yeməkxanada verilən yeməklər keyfiyyətsizdir, normativlərə uygun deyil. Beynəlxalq təşkilatlardan, QHT-lərdən, Ədliyyə Nazirliyindən xahiş edirəm ki, 16 Saylı ÇCM-də monitorinq aparsınlar. Səfirliklərinə də müraciət edirəm.

Mən əşyalarımı “koptorq”a qoyuram. Bəyan edirəm ki, çantalarımda qadağan edilmiş əşyalar yoxdur. Çantalardan nəsə çıxsa, məsuliyyəti Ş.Həsənov daşıyır. Mənə qarşı atılan istənilən addım Ş.Həsənov tərəfindən idarə olunur. Baş verəcək neqativ hadisələrə görə, məsuliyyəti Ş.Həsənov daşıyır”.