192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İmran Əliyev: Hərbi xidmətə yararsız olduğum halda əsgərliyə aparırlar
2019-01-23 12:34:59

Meydan TV yazır ki, Azərbaycanlı fəal İmran Əliyev hərbi xidmətə yararsız olduğu halda əsgərliyə aparldığını söyləyir. Bildirir ki, bugünədək 3 dəfə müayinədən keçib və hər birində yararsız olduğu deyilib. Bir də 2020-ci ildə müayinədən keçəcəkmiş. Amma bu günlərdə onu növbədənkənar yoxlanmağa dəvət ediblər. Bu zaman məlum olub ki, hərbi xidmətə məhdud yararlıdır.

Gənc fəal bildirir ki, bir neçə həftə öncə təcili şəkildə hərbi komissarlığa çağırılıb. Yenidən növbədənkənar tibbi müayinədən keçməyi tələb edilib.

“Daha sonra üç müxtəlif tibbi müəssisədən tibbi yoxlamadan keçdim. İlk olaraq Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamadan keçdim, nəticədə şifahi şəkildə yararsız olduğum bildirildi. Müayinə zamanı mənim haqqımda Səhiyyə Nazirliyindən “tapşırıqlı” zəng gəldiyini bildirdilər, sonra “City Hospital” və 26-saylı Poliklinikada tibbi müayinədən keçdim. Rəy verdilər ki, hər bi xidmətə məhdud yararlıyam. Amma sağlamlıq durumumda problemlər qaldığı halda, tələm-tələsik şəkildə hərbi xidmətə cəlb olunmağımı qanunazidd hesab edirəm”.

İmran Əliyev hesab edir ki, ona qarşı atılan bu addım sifarişlidir, tapşırıq əsasındadır.

Daha öncə də oxşar hal yaşanmışdı. Azərbaycanlı gənc fəal Ülvi Həsənli də sağlamlığında problem olmasına baxmayaraq, həqiqi hərbi xidmətə çağırılmışdı.

O, hərbi xidmət keçmək üçün döyüş bölgəsinə göndərilmişdi. Baxmayaraq ki, 2017-ci ilin sentyabrında Ü.Həsənli tibbi müayinə keçdikdən sonra 2019-cu ilə qədər hərbi xidmətdən azad edilmişdi. Çünki müayinə zamanı böyrəklərində problem və sidik kisəsində daş olduğunu aşkar edilmişdi. Buna baxmayaraq, 2017-ci ilin oktyabrında Ü.Həsənli saxlanılaraq, hərbi hissəyə aparılmışdı.

Ülvi Həsənli də gənc fəaldır. 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Amnesty International bu cür addımlarda hesab edir ki, belə qərarlar gənclərin vətəndaş kimi fəallığının nəticəsidir. Azərbaycan hakimiyyəti hərbi xidmətə çağırışı gənc fəalların təqib olunması üçün istifadə edir.