192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nikol Paşinyan Braziliya Prezidenti, Lüksemburq və Misirin Baş naziri ilə görüşüb
2019-01-23 11:38:33

ER Baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivələrində Braziliyanın Prezidenti Jari Bolsonaruyla, Lüksemburqun Baş naziri Ksavye Bitellə və Misirin Baş naziri Mustafa Madbuluyla qısa bir görüş keçirib. Hökumətin İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin məlumatına görə, Baş nazir Nikol Paşinyan və Braziliyanın Prezidenti Jari Bolsonar iki ölkə arasında əməkdaşlıq məsələlərinə toxundular. Onlar erməni-braziliya dostluq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirdilər və əməkdaşlıq sahələrinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.Lyuksemburqun Baş naziri Ksavye Betel ilə görüşərkən iki ölkələrin əlaqələrinə dair məsələlər müzakirə olunub. Nikol Paşinyan və Ksavye Betel iqtisadi əməkdaşlığın inkişafını və ticarət və iqtisadi əlaqələrin daha da dərinləşdirərək genişlənməsini qeyd etdilər. Bu baxımdan tərəflər iki ölkə hökumətləri arasında əlaqələrin intensivləşdirilməsi və konkret addımlar atılması zərurətini vurğulayıblar.

Misirin Baş naziri Mustafa Madbuli ilə görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən işgüzar əlaqələrin dərinləşməsi müzakirə edilib. Nikol Paşinyan və Mustafa Madbullin iş forumlarının keçirilməsinin vacibliyini vurğuladılar ki, bu zaman ərzində birgə investisiya proqramlarının praktiki imkanları və istiqamətləri müzakirə olunacaqdır. Müzakirələr, Avrasiya İqtisadi İttifaqı ilə Misir arasında sərbəst ticarət razılaşmasının imzalandığını qeyd etdi. Mustafa Madbullin qeyd edib ki, bu prosesdə Ermənistan Respublikası hökumətinin dəstəyini gözləyir.