192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Erməniləri təbrik edən Rostovdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayeva qarşı başlanılmış təhqir kompaniyası
2019-01-23 16:20:37

2019-cu il yanvarın 16-da Ermənistan İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramının bu ilin ilk vərilişi yayıldı. Proqramın aparıcıları Anjela Elibegova və Armine Adibekyandır. Proqramda Azərbaycanda 2018-ci il sonunda və 2019-cu il əvvəllərində baş verən ən mühum və maraqlı hadisələri müzakirə olundu.

Proqram Azərbaycanda heç bir demokratik inkişaflarla dəyişməyən ermənifobiyaya həsr olundu. Bu kontekstdə, Azərbaycanda hər şey açıq və aydındır. Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayev Azərbaycanda növbəti rezonans fırtınasına səbəb oldu. Mustafayev 2019-cu il yanvarın 6-da bütün azərbaycanlıların adından erməni xalqını bayram münasibətilə təbrik etdi. Aydındır ki, bu, Azərbaycanda derin narahatlıqla qarşılanıb. Bu kontekstdə yaxşı anlaşılmır, azərbaycanlıları daha çox bütün azərbaycanlılar adından təbrik etməsimi, yoxsa məhz təbrik etməsi qəzəbləndirdi. Bu iki fikir də azərbaycanlılarda qəzəbli reaksiyayla qarşılanır.

Azərbaycan ictimaiyyəti Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayev tərəfindən erməniləri təbrik etmə xəbərinə sərt reaksiya verib, lakin onları bütün azərbaycanlılar adından təbrik etməsi daha çox naratahat edib.

Bundan sonra, ona qarşı bir sıra fikirlər səsləndirilib. Onun erməni qohumlarının və erməni həyat yoldaşının olmasını deməyə başladılar. Ona bir sıra ay əvvəl ermənilərə müstəqilliyin 25-ci ildüönümü münasibətilə təbrik etdiyini və hətta Qarabağlı rəqqasları alqışladığını xatırlatdılar.

Maraqlıdır ki, İlham Əliyev ənənəvi olaraq hər il Azərbaycanın xristian azlıqlarını Yeni il münasibətilə təbrik edir. Həmçinin elə bir mif var guya Azərbaycanda 30 min erməni yaşayır, lakin İlham Əkiyev onları nədənsə heç vaxt təbrik etmir.

Burada iki varyant var: Ya Azərbaycanda heç bir erməni icması yoxdur (hansı ki faktdır), ya da İlham Əliyev ölkədə yaşayan milli azlıqların hüquqlarını pozur.

Məsələ odur ki, bu cür miferin dövriyyəsi belə axmaq vəziyyətə düşməklə nəticələnə bilər. İlham Əliyev xristianları təbrik edir, lakin ermənilər onların arasında deyil. Miflərə görə, Azərbaycanda ermənilər də vardır və onların dini hüquqları pozulur.

Digər tərəfdən, Azərbaycanda ermənilərin olması zəruri deyil, lakin Əliyev 1000 illik tolerantlıq ənənələrini daşıyan birinin rolundadır və bu, ksenofobik vasitələri ilə bilişsel disonanslara gətirib çıxarır.

Bu yalnız KİV-lər seviyyəsində deyil, hakimiyyət nümayəndələrinin sıralarında da mövcuddur. Beləliklə, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsindən Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin qəbuledilməz davranışına dair bildirilib ki, “Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir”.

Bundan sonra hansı tolerantlıqdan söz gedə bilər. Azərbaycan rəsmi səviyyəsində bildirir ki, onlar ermənilərlə eyni mühitdə yaşamağa hazırdırlar və onlarda ermənilərə qarşı düşmənçilik və təcavüz hissi yoxdur. Rəsmi Bakının hərəkətləri tolerantlıq haqqında edilən bəyanatlara ziddir.