192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Dövlət Komitəsindəki pozuntular Baş Prokurorluq tərəfindən araşdırılacaq
2019-01-23 14:26:21

Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və komitənin tabeliyində olan qurumlarda apardığı audit yoxlamalarının nəticəsində aşkarlanmış hüquq pozuntuları ilə bağlı materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə audit aparılıb.

Audit nəticəsində normativ hüquqi aktların, eləcə də normativ-metodiki sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bəzi nöqsanlara yol verildiyi, Komitə tərəfindən əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi, bəzi nöqsanların və artıqödəmələrin təkrarlandığı müəyyən edilib.

Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilmiş, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.

Vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilib, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol verilib.