192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
D.Babayan: ”Artsax-Azərbaycan sərhəddində atəşkəs pozuntularının sayı kəskin azalmışdır”
2019-01-23 15:20:38

Son vaxtlar Artsax və Azərbaycan sərhədində atəşkəs pozuntularının sayı kəskin azalıbdır.Bu haqda Artsax Prezidentinin mətbuat katibi Davit Babayan bəyan edib.

“Azərbaycan tərəfindən atəşkəs pozuntularının sayı kəskinliklə azalıb. Sərhəddə vəziyyət ümumi baxımla sabitdir.Bunu biz alqışlayırıq, digər tərəfdənsə rəqib tərəf düşmənçilik üzərində dayaqlanmış siyasətini yenidən nəzərdən keçirməyib. O, antiermənilik siyasətçiliyini bütün sahələrdə davam etdirməkdədir.2018-ci ildə öz tarixi ərzində ən geniş əhatəli hərbi təlimlər keçirmişlər.Bizim elə bir dövlətlə işimiz var ki, o terroristdir, belə ki, Artsaxı məhv etmək arzularını, Sevanı, Yerevanı zəbt etmək niyyətini heç gizlətmir də”-deyərək Davit Babayan bəyan edib. Məgər, sərhəddəki gərginliyin cüziləşməsini Ermənistan və Azərbaycan arasında operativ əlaqələrin təstiqiylə bağlamaq olarmı?-sualına Davit Babayan cavab olaraq deyib ki, səbəbləri müxtəlif ola bilər.“Müxtəlif olaylarla bağlamaq olar, lakin təsvir dəyişilməyib. Fakt var, bununla belə onun niyyətləri dəyişilməyib. Biz daima demişik ki, Azərbaycan o ölkədir ki,ən gözlənilməz anda , ən alçaq formayla, ən gözlənilməz addıma əl ata bilər”-deyərək Davit Babayan bəyan edib.