192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda daha 3 idmançı cəza aldı
2019-01-23 17:53:00

Azərbaycan Milli Antidopinq Agentliyi daha bir neçə idmançını cəzalandırıb.

Bu barədə qurumdan bildiriblər.

Qurumdan verilən məlumata görə, bunlar güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayevdir. Onlar dopinqdən istifadədə günahlandırılırlar.

Agentlik bildirir ki, yoxlama zamanı hər üç idmançının orqanizmində qadağan edilmiş maddə təsbit olunub. Üstəlik, C.Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı qadağanı pozmaqda günahlandırılır.

C.Süleymanov 2018-ci il yanvarın 18-dən 2026-cı il yanvarın 18-nə kimi cəza alıb. U.İsrailov və Q.Mustafayev də 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Hələlik, bu açıqlamaya sözügedən idmançıların münasibətini öyrənmək mümkün olmayıb.