192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AzTV-də “təmizləmələr”
2019-01-23 16:24:03

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qurumda aparılan ixtisarlara münasibət bildirib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda televiziyada kadr islahatları aparılır:

“Bu məsələ elədir ki, daimi prosesdir. Həmişə televiziyada kadr islahatları aparılıb və bu proses davam edəcək. Burada təəccüblü heç nə yoxdur. Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev və Maliyyə İdarəsinin rəisi Şahrza Əliyev tutduqları vəzifədən azad olunublar”.

Xatirə Qasımova qeyd edib ki, QSC-nin keçmiş aparat rəhbəri Dəyanət Cəfərovun yerinə Cabbar Quliyev təyinat alıb.