192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N.Paşinyan İ.Əliyev ilə görüşündən ətraflı məlumatlandırdı
2019-01-24 09:30:24

ER Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə yanvarın 22-də Davosda qeyri-rəsmi görüş barədə ətraflı şəkildə danışıb. Nikol Paşinyan özünün Facebook səhifəsində yanvarən 23-də canlı efirlə bildirib ki, görüşlərinin müzakirə məzmunu danışıqlar prosessinin tarixiylə əlaqədardır.

“Biz həmçinin nizamlanma kontekstində hansı şəraitlərin olması imkanlarını müzakirə etdik. Biz hər hansı bir konkret detal müzakirə etməmişik, cəmi, fikir mübadiləsini aparmışıq. Bu həmçinin hansısa baxımdan fikir mübadiləsini etməkçün, danışıqlar prosesi ilə qarşılıqlı şəkildə tanış olmaq, anlamaqçün imkanıdır. Mən qeyd etmək istərdim ki, müzakirələrin əsas oxu ondan ibarətdir ki, onlar haqqında biz daima səsləndirmişik”-deyərək Paşinyan qeyd edib.

ER Baş nazirin sözlərinə görə, onunla Azərbaycan prezidentiylə özünün görüşü nəzərtə tutulmamışdır.

"Biz demək olar ki, digər tədbirdəki fürsətdən istifadə etdik. Belə alındı.Mən protokollaşdırmaq istəyirəm ki, belə alındı.

Davosun təşkilatçıları, bilərkən biz ikimiz də oradayıq, bizdən soruşdular ki, görüşmək və təmaslanmaq üçün zidd deyilsiniz ki, biz cavab vermişik ki, xeyr və biz qeyri-rəsmi görüşmüş, söhbət və müzakirələr etmişik.

Həmin görüşün əsası o şərtləşmə olub ki, ümumi baxımla əgər eyni yerdə olarsaq hər hansısa təmasdan çəkinməyək”-deyərək Baş nazir qeyd edib.