192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda gəncliyin işsizlik problemi
2019-01-24 16:19:58

"Novaya Vremya" qəzetində isə Gəncliyin işsizliyi-sosial problem" sərlövhəli məqalə məqalə oxumaq olar. Müəllif gənclər arasında işsizlik problemini müzakirəyə çıxarır.

Yazı müəllifinin deməsinə görə, Azərbaycanda işsizlik son illər azalsa belə əhalinin məşğulluğ əhali və xüsusilə gənclər arasında problem olaraq qalmaqdadır.

Müəllif iddia edir ki, hakimiyyətin bu sahədə cəhdləri istənilən nəticəni vermir.

Müəllif vurğulayır ki, rəsmilər gənclər arasında ölkə üzrə işsizliyin 9,2 faiz olduğunu bildirirlər, amma rəqəm real deyil, gənclər arasında işsizlik faizi daha yüksəkdir.

Məqalə müəlifi deyir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bu problemə səbəb kimi təhsil sisteminin bazarın tələblərinə cavab verməməsini göstərib.

"Bu problem var və mübahisə etmək çətindir, ekspertlər də bu barədə dəfələrlə danışıblar. Məsələ burasındadır ki. problemi aradan qaldırmaq üçün reallıqda heç bir iş görülmür və durumun nə vaxt dəyişəcəyi də bəlli deyil", - müəllif bildirir.

Müəllif deyir ki, indiki halda "orta və ali məktəb müəssisələri diplom aldıqdan sonra işsizlər ordusunu tamamlayacaq mütəxəssislər hazırlayır" sualı meydana gəlir.

Yazı müəllifi iddia edir ki, gənclər arasında işsizlik məsələsi həmişə aktual olub və bu sahədə statistikaya "bəzək-düzək" verməklə problemi həll etmək mümkün deyil, əksinə gənclər arasında işsizlik daha da artacaq.

Müəllifə görə, burada çıxış yolu problemin kompleks həllindədir, çünki işsizlik gənclər arasında artıq sosial problemə dönüb.

Məqalə müəllifi deyir ki, bu məsələ gənclər arasında inamsızlığa, ölkədən xaricə getməyə səbəb olur.

Yazı müəllifi xatırladır ki, ölkədə təkcə rəsmi işsizliyin yox, həm də gizli işsizliyin həcmi artır, odur ki, əmək məqsədilə ölkədən gedənləri bu və başqa şəkildə "gizli işsizlik" kateqoriyasına aid etmək olar.

Nə qədər ağrılı- acılı olsa da onların əksəriyyəti vətənə dönmək niyyətində deyil, çünki burada onları ya işsizlik, ya da insan ləyaqətinə hörmətsizlik olan maaşa işləmək gözləyir.