192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N. Paşinyan Sinqapura səfər etməkçün dəvət olunub: “Ermənistan və Sinqapur müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirəcək”
2019-01-24 13:37:06

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Sinqapurda Sinqapurun Baş nazir müavini Tarman Şanvaqaratnan ilə görüşmüşdür. Ermənistan  Baş nazirinin  iş heyətindən verilən məlumata görə, Nikol Paşinyan Ermənistanın müxtəlif sahələrdə Sinqapurla əməkdaşlığın daim genişləndirilməsində maraqlı olduğunu və inkişaf təcrübəsinin ölkəmiz üçün nümunə olduğunu qeyd etdi. Baş nazir iqtisadiyyat əlaqələrinin dərinləşdirilməsini , ticari-iqtisadi əlaqələrin ardıcıllıqla inkişafını , işgüarlar arasında əməkdaşlığı olduqca mühüm və zəruri hesab edib. Nikol Paşinyan ölkəmizdəki işgüzar mühitin yaxşılaşdırılmasına dair məsələyə toxunaraq, Singapurlu iş adamlarının Ermənistanda investisiya imkanları barədə siqnalları vermək zərurətini qeyd etdi.Həmsöhbətçilər xüsusiylə Ermənistandan müxtəlif mallar: konyak, şərab, pivə, şirələr və emallaşdırılan digər ərzaq məhsullarının Sinqapura ixracaatı imkanlarını vurğuladı. Tarman Şanmuqaratman qeyd edib ki, öz ölkəsinin hakimiyyəti Ermənistan ilə əməkdaşlığı ölkəmizdə keçirilən müsbət dəyişiklikləri hesaba almaqla, olduqca mühüm sayıb. O, Nikol Paşinyana öz ölkəsinin Baş nazirinin Sinqapura səfər etmək dəvətini yetirib və qeyd edib ki, o ikitərəfli əməkdaşlığa müxtəlif istiqamətlərlə yeni təkan verə bilər.