192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiyanın erməni vətəndaşlarının Azərbaycana növbəti buraxılmasına dair RF və Bakının cavabı
2019-01-24 17:50:00

2019-cu il yanvarın 16-da Ermənistan İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramının bu ilin ilk vərilişi yayıldı. Proqramın aparıcıları Anjela Elibegova və Armine Adibekyandır. Proqramda Azərbaycanda 2018-ci il sonunda və 2019-cu il əvvəllərində baş verən ən mühum və maraqlı hadisələri müzakirə olundu.

Proqramın üçüncü hissəsində Bakı hava limanında insanların digər ölkələrin vətəndaşları olmasına baxmayaraq, etnik əsasında ayrı-seçkilik mövzusuna toxunulub.

Erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılması Rusiya Federasiyanın XİN sərt reaksiyasına səbəb olub. Azərbaycana getməsinə dair bütün müraciətlərə, çağırışlara baxmayaraq, oraya gedənlərin sayı azalmır. Beləliklə, Moskvada doğulmuş, erməni diasporu ilə təmasda olmayan, Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmayan Kristina Gevorkyan adlı bir qız  dostlarla birlikdə Bakıda yeni il  bayramlarını keçirmək istəyib.

İnternetdən keçərək Facebook və müxtəlif bloglarda ermənilərin Bakıya buraxılmaması oxumaqla, bu məlumatları kifayət qədər güclü hesab etməyib. Daha sonra Azərbaycanın Moskvada səfirliyi ilə əlaqə saxlayaraq, onlara sual verib, lakin sualı gözardı edilib.

Nəticədə, Kristina öz təhlükəsi və risklərinə baxmayaraq Bakıya uçmaq qərarına gəldi. Nəticədə, o, hava limanında ölkəyə buraxılmadı. Onu bir neçə saat saxlalaraq, evə geri göndəriblər. Bakı hava limanında daha çox qalmamaq üçün bileti öz hesabına  alıb. O daha sonra facebookda baş verənlər haqqında yazmağa başladı. Erməni əsilli qız yazır ki, erməni soyadına görə 30 il əvvəl baş vermiş və  heç bir əlaqəsi olmayan hadisələr üçün məsuliyyətə cəlb etmək məcburiyyində deyildir.O Rusiya Federasiyasının vətəndaşıdır və onun hüquqları hörmət edilməlidir. Bu baxımdan o doğrudur, çünki etnik əsasında ölkəyə buraxılmaması əlbəttə ki, rasisizmdir. Elə ki, müəyyən vətəndaşlığı olan insanları ölkəyə buraxılmamasına dair hadisələr var.

Məsələn, İsrail vətəndaşlarının İrana girişi qadağandır, Ermənistan və ya Azərbaycanın vətəndaşı olan yəhudi heç bir problem olmadan İrana gedə bilər, bundan başqa İranda yəhudi diasporu var. Və bu andan bəri ən maarqlı hadisələr başlayır.

İlk dəfə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi vəziyyətinə rəsmən reaksiya verib. RF  XİN sözçüsü Zaxarova keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına toxunub.

“Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”-Mariya Zaxarova deyib.

Lakin burada digər məsələ də var, bu haidəslərdə  XİN deyil, sərhədçilər işləyiblər. Ümumiyyətlə onlarda böyük bir problem var- Xarici İşlər Nazirliyində birini “qara sihayhı”ndan çıxarırlar, sərhdəçilər isə deyil, və ölkəyə girişinə icazə vermirlər. Və ya əksinə- Xarici İşlər Nazirliyi icazə verməyib, sərhədçilər isə xəbərdar olmayıblar və şəxs sakitcə ölkəyə girə bilər. Lapşinlə də oxşar vəziyyət olub.

Amma heç bir şübhə yoxdur ki, erməni soyadlı, lakin digər ölkələrinin vətəndaşları olan insanların Azərbaycana buraxılmaması davam edəcək. Əgər Rusiya bu problemi ikitərəfli münasibətlər səviyyəsində həll  oluna bilərsə, digər ölkələrin vətəndaşları bu problemlə qarşılaşacaqlar. Bu qlobal problemdir və Bakının rəsmi mövqeyindədir.

Vəziyyətlə bağlı iki qiymətləndirmə ola bilər-  erməni əsili olduğunda, hansı  ölkənin vətəndaşı olduğuna baxmayaraq Azərbaycana getməməsi, və ya əksinə,Azərbaycan ərazilərinə girmə cəhdləri ilə o ölkəni spam etmək. Belə hadisələrin çox olunca, ölkəyə gedən lakin buraxılmayan vətəndaşlar ölkələrində  şikayət edərək, öz hüquqularını müdafiə etməyə çağıracaqlar. Bu vəziyyətdə Azərbaycan öz imicini qurtarmaq üçün problemi sivil şəkildə həll etmək məcburiyyətində qalacaq.

Amma eyni zamanda unutmamalıyıq ki, burada da risk var, Azərbaycanda   ermənillərin ölkədə girmsindən yalnız xoşbəxt deyil, erməniləri milli təhlükəsizliyə təhdidi kimi qəbul edirlər. Bu kontekstdə Marat Uledanovun hekayəsi də unutmayaq. O da Azərbaycana getdi, ona qarşı  narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb və 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bir sözlə Bakıya getdiyinizdə çox diqqətli olmalısınız.