192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri N.Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirmişdir
2019-01-25 11:00:53

Ermənistan hökumətindən verilən  məlumata görə, Nikol Paşinyan və Litva Prezidenti Dalya Qribauskayte ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xüsusən, həmsöhbətçilər Ermənistan-Litva siyasi və iqtisadi əlaqələrinin inkişafı məsələlərinə , Ermənistan-Avropa Birliyi münasibətlərinə dair məsələlərə toxunmaqla yanaşı, o cümlədən Avropa Birliyi -Ermənistan Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Saziş (CEPA) çərçivəsində olan məsələləri müzakirə etmişlər. Nikol Paşinyan AB ölkələri tərəfidən sıx müddətlə CERA-nın həyata keçirilməsini olduqca mühüm hesab etmişdir.

Baş nazir Paşinyan Slovakiya hökumətinin rəhbəri Peter Peleqrini ilə görüşərkən erməni-slovak münasibətlərini inkişaf etdirmək və qarşılıqlı maraq irəli sürən digər məsələləri müzakirə  etmişlər.Tərəflər iki ölkələr hökumətlərinin qarşılıqlı işgüzarlığı aktivləşdirməyi ticari-iqtisadi münasibətlərə yeni təkan vermək məqsədiylə  zəruri hesab etmişlər.Peter Peleqrinin həmçinin bidirib ki, yaxın zamanlarda Slovakiya Parlamenti sədrinin Ermənistana səfəri olacaq ki, o həmçinin ikitərəfli əlaqələrin stimullaşdırılmasına yardım  edəcək.

Eyni zamanda, o qeyd edib ki, Avropa Birliyi -Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin ratifikasiyası məsələsi Slovakiya Parlamentinin gündəliyindədir və bu proses tezliklə başa çatacaq.Nikol Paşinyan eləcə də Belçika Kralı Filiplə,İspaniya və Gürcüstanın Baş nazirləri Pedro Sançes və Mamuko Baxtadze ilə qısa görüşlər keçirib.