192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakı meriyası 26 yanvar mitinqinə icazə verməyib
2019-01-25 11:38:29

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının "Siyasi məhbuslara azadlıq" tələbi ilə yanvarın 26-na təyin etdiyi mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.

Bu barədə Amerikanın Səsinə Milli Şuradan bildiriblər.

Bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında vəsatət qaldıracağını bildirib.

Milli Şuranın yanvarın 19-na təyin etdiyi mitinqdən sonra 8 müxalifət fəalı həbs edilib. Mitinqdə iştirak edən insanlara qeydiyyatda olduqları polis idarələrinə və şöbələrinə çağırılıblar. Çağırılanlar içərisində bir sıra jurnalistlər də var.

Milli Şuranın bundan öncəki mitinqi yanvarın 19-da olub. Bu mitinq müxalifətin son illərdə ən izdihamlı aksiyası olub.

Milli Şuranın sədri Cəmil Həsənli mitinqin izdihamlı olmasının hökuməti qorxuya saldığını bildirib.