192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhvə yol verilib
2019-01-25 17:52:50

Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində anadan olduğu evdə yeni barelyef qoyulub.

Üzərində M.Rəsulzadənin təsviri olan barelyefdə yazılıb: "Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olub".

Yeni memorialın qoyulmasına səbəb yanvarın 15-də əvvəlki bürünc barelyefin oğurlanmasıdır. Polis şübhəli bilinən iki nəfəri saxlayıb. Onlar barelyefi hissələrə bölərək metal qəbulu məntəqəsinə satıblar.

Ancaq yeni barelyefdə ilk respublikanın adı təhruf edilib. O, Azərbaycan Xalq Cümhuriyyəti adlanırdı.

Məhəmməd Əmin Rəsulzadə müsəlman Şərqində ilk cümhuriyyəti elan etmiş Milli Şuranın rəhbəri olub.