192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan iqtisadiyyatı ‘orta azaddır’
2019-01-25 15:26:53

Azadlıq Radiosunun məlumatına görə, Heritage Fondu  2019-cu il İqtisadi Azadlıq İndeksini açıqlayıb.

Bu indeks artıq 25 ildir hazırlanır. 186 ölkədə mülkiyyət hüquqlarından tutmuş maliyyə azadlığına qədər 12 azadlıq dəyərləndirilir.

Azərbaycan iqtisadiyyatı “orta azad” sayılıb, 60-cı yerdədir. Ermənistan da bu kateqoriyaya salınıb, 47-cidir.

Gürcüstan isə “daha çox azad” hesab olunaraq 16-cı yerdə qərarlaşıb. Qeyd edək ki, Birləşmiş Ştatlarda da iqtisadiyyat “daha çox azad”dır, 12-ci yerdədir.

Rusiya (98), İran (155) iqtisadi baxımdan “əsasən qeyri-azad” sayılır.

Türkmənistan iqtisadiyyatının “repressiya olunduğu” vurğulanır.

İqtisadi azadlığa görə ilk 10-luqda Honq Konq, Sinqapur, Yeni Zelandiya, İsveçrə, Avstraliya, İrlandiya azad, Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri “əsasən azad” hesab olunub.