192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N.Paşinyanın Moskvada mətbuat konfransı:”Mən DQ adından danışıq apara bilmərəm.Mən ER-nı təmsil edirəm"
2019-01-25 14:18:43

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Moskvada Avrasiya İqtisadi Komissiyasında danışdıqdan sonra müxtəlif mətbuat nümayəndələri ilə mətbuat konfransında iştirak etdi.

RİA Novosti-nin jurnalisti maraqlanıb ki, məgər Paşinyan Davos çərçivələrində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Artsaxın danışıqlar masasına qaytarması məsələsini müzakirə edibdirmi?.“Bütün bu suallar, ictimai bəyanatlar hansıları ki, mən etmişəm bizim görüşümüz ərzində müzakirə edilib. Dəfələrlə demişəm ki, danışıqlar prosesində mən Ermənistan Respublikasını təmsil edirəm. Sadə bir səbəbdən Artsaxı təmsil edə bilmərəm, çünki, məni bu ölkənin vətəndaşları Baş nazir vəzifəsinə seçməmişdir.Onların öz hökuməti var. Mən DQ adından danışa bilmərəm.Bu hamı üçün də anlaşılandır”- deyərək Paşinyan bəyan edib.Onun sözlərinə görə, hər kəs onun və Əliyevin danışıqlarının təfərrüatları ilə maraqlanır, lakin etik qaydalarından çıxış etməklə tam şəkildə onu təqdim etmək olmaz”.”Bütün bunlara baxmayaraq hamı da ümumi baxımla bilirlər ki, nə danışmışıq.Danışıqlar o çərçivədə aparılıb hansı ki, açıq şəkildə olan bəyanatlara uyğundur.Hələlik yeni nəsə yoxdur”-deyərək Baş nazir yekunlaşdırıb.Xatırladaq ki, ER Baş naziri Nikol Paşinyan dəfələrlə qeyd etdi ki, Artsax danışıqlar prosesinin bir hissəsi olmalıdır.