192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiyalı bloger İ. Varlamov: Bakı ədalətsiz və təhlükəli şəhərdir
2018-11-08 11:28:52

“Hər şey kədərlidir, çünki Bakıda düzgün olmayan şəhərsalma planlaşdırılmasının tipik nümunəsini görürük. Bu şəhər narahat, ədalətsiz və təhlükəli şəhərdir”.

Bu sözləri “BBC News Azərbaycanca”-ya Bakıdan deportasiya edilən və sonradan AZAL-ın təyyarəsi ilə geri qaytarılan rusiyalı bloger, səyahətçi və urbanist İlya Varlamov deyib.

Blogerin fikrincə, Bakıda piyada gəzmək çətindir:

“Avtomobilin varsa - bəxtin gətirib, sən bu enli küçələrdə asanlıqla hərəkət edə bilirsən. Amma maşının yoxdursa, onda pis gündəsən. Körpə arabası ilə gəzməyə çıxanlara, əlillərə, ahıllara, əllərində yükü olan turistlərə şəhərdə hərəkət etmək çətindir.

Şəhərdə xeyli yeraltı keçid var, amma onlar panduslarla təchiz olunmayıb, liftlər yoxdur. Eskalatorlar var, lakin uşaq arabası ilə gəzən qadın həmin eskalatordan istifadə edə bilməz.

Hər yerdə yeraltı keçid yoxdur, buna görə də sakinlər yolları qaça-qaça keçməli olurlar.Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən bu qədər çox adamın keçdiyini heç bir başqa şəhərdə görməmişəm. Bu şəhər cəmiyyətin zəif təbəqəsinə qarşı - uşaqlara, qocalara, aztəminatlı insanlara - ədalətsiz şəhərdir.

Şəhər mühiti baxımından, şəhərin ədalətli olmasını istəyirəm, prioritetlər düzgün seçilməlidir, şəhər avtomobillər üçün deyil, piyadalar üçün qurulmalıdır. Biz tərəflərdə deyirlər ki, "şəhəri nənələr üçün rahat edin", çünki nənələr üçün rahat olan şəhər hər kəs üçün də rahat olur”.