192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Norveç İnsan Hüquqları Evinin rəhbəri Bakını Mehman Hüseynovun hüquqlarını bərpa etməyə çağırır
2019-01-26 10:53:36

İnsan Hüquqları Evi Fondunun direktoru Mariya Dale Azərbaycan hakimiyyətini Mehman Hüseynovun təhlükəsizliyini təmin etməyə və ona qarşı repressiya kampaniyasına son qoymağa çağırıb.

"Baxmayaraq ki, Mehman Hüseynov üçün yeni cinayət işi təhlükəsinin olmaması müsbət haldır, amma o, artıq iki ildir siyasi motivli ittihamlarla azadlıqdan məhrum edilib.

Ən gec 2 mart 2019-cu ildə azadlığa çıxdıqdan sonra o, repressiyaların nəticələri ilə yaşayacaq", deyə Dale qeyd edir.

O, hakimiyyəti onun hüquqlarını tamamilə bərpa etməyə və 2012-ci ildən tətbiq edilmiş ölkədən çıxış qadağasını ləğv etməyə, şəxsiyyət vəsiqəsini və 2013-cü ildə müsadirə edilmiş sənədləri qaytarmağa çağırıb.

"Biz Azərbaycandakı digər siyasi məhbusları da unutmamalıyıq.

Onları azad etməyə və jurnalistlərə, hüquq müdafiəçilərinə, vəkillərə, blogerlərə və fəallara qarşı yönəlmiş repressiv sistemə son qoymağa çağırırıq. Azad və ədalətli demokratik cəmiyyətdə siyasi məhbus ola bilməz", deyə Mariya Dale qeyd edir.