192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nardaran məhbusunun atası: 'Heç əsirlikdə olanla belə davranmırlar'
2018-11-08 11:54:00

Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev üç ildir ki, Nardaran məhbusudur. O, 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarıyla birlikdə həbs olunub. Elə həmin əməliyyatda ona dəymiş üç güllədən ikisini indiyədək ayağında gəzdirir. Atası deyir, o ayaq indi elə vəziyyətə düşüb ki, Şamilin özünün həyatı təhlükə altındadır.

Bu barədə AzadlıqRadiosuna danışan Adil Abduləliyev bildirir ki, oğlunun ayağında qısalma və əyilmə gedir. Ayağın gücü qalmayıb, sərbəst hərəkət edə bilmir: «Ayağında kəskin ağrıları var. Ayaq bədəni gəzdirmir, əksinə, Şamil əliylə ayağını qaldırıb harasa qoyur. Təcili cərrahiyyə əməliyyatı olunmalı, güllələr çıxarılmalıdır. Adamı bədənində güllə ilə həbsdə saxlamaq işgəncə sayılır. Heç əsirlə belə davranmırlar. Mənim oğlumu üç ildir bu vəziyyətdə saxlayırlar».

Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, bir neçə dəfə müvəkkilinin atasıyla birlikdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ediblər, hətta durumun ağırlığını nəzərə alıb özləri də ora gediblər: «Şamil üçün ümumiyyətlə, heç nə edilmədiyini demək olmaz. Müayinəyə göndəriblər. Bizə də dedilər ki, əməliyyat olunacaq. Məsələ ondadır ki, əməliyyat tezləşdirilməlidir. Elə bir vəziyyətdədir ki, uzun müddət gözləyə bilməz».

Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, əməliyyat növbəsi pozulmur. Çünki növbə pozulanda, narazılıqlar çox olur: «Bu məsələdə növbədə gözləyənlərin də vəziyyətini nəzərə almaq lazımdır. Onların da çoxunun vəziyyəti o qədər yaxşı deyil. Yəni gözləyənlərin hamısı vacib xəstələrdir».

Ş.Abduləliyevə 14 il 6 ay həbs cəzası kəsilib.