192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP üzvlərinin məhkəməsinə gələn partiyanın bir neçə fəalı saxlanılıb
2019-01-26 13:20:14

Ağır Cinayətlər Məhkəməsində yanvarın 25-də AXCP üzvləri Sahib Rüstəmov, Vidadi Rüstəmli, Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlinin prosesi zamanı məhkəmə qarşısında həbslər olub.

Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

İlham Hüseyn bildirib ki, partiyasnın məclis və sıravi üzvləri Orxan Səlimzadə, Uğur Cəfərov, Cabbar Savalanlı, Mehdi Nağıyev, Ceyhun Arif, Fuad Quliyev, Kənan Əzizli, Xəyal Əliyev və İslam İslamzadə 22-ci polis bölməsinə aparılıblar:

“Bu cür kütləvi həbslərdə məqsəd AXCP funksionerlərinin məhkəməsinə heç bir cəbhəçinin gəlməməsidir. Hazırda 20-dən çox AXCP üzvü inzibati cəza altındadır”.

Bundan əvvəl də adıçəkilən məhkəmə prosesinə gələn şəxslərin bir hissəsi polis tərəfindən saxlanmışdı.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

AXCP-dən verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Mehdi Nağıyev, Orxan Səlimzadə və Ayaz Qasımlı 30 sutka inzibati cəza alıblar. Ceyhun Arif və Kənan Əzizli 200 manat cərimə ediliblər. Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddәsi (polisin qanuni tələbinə tabe olmamaq) irəli sürülüb. Mahir Rüstəmli, Xəyal Əliyev və Fuad Quliyev isə sərbəst buraxılıblar.