192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Arif Məmmədov: "Hakimiyyət daxilində mübarizə var"
2018-11-08 12:21:03

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov deyir ki, hakimiyyət daxilində mübarizə var.

Onun fikrincə, prezidentin xanımı, 1-ci vise-prezident Mehriban Əliyevaya yaxın olan şəxslər hakimiyyətə gətirilir, amma ki, əsas güc nazirliklikləri hələ də köhnə komandadır. Üstəlik, onun sözlərinə görə, bütün hökumətin idarə olunması, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əlindədir və nazirlər onunla daha çox ünsiyyətdədir, nəinki prezidentlə.

“Nazirlər ailələri ilə məzuniyyətə getmələrini İlham Əliyevlə razılaşdırmırlar, məzuniyyət tarixlərini Ramiz Mehdiyevlə razılaşdırırlar. Çünki Ramiz Mehdiyev yaşına baxmayaraq, səhər saat 9-dan axşam 10-a kimi iş başında olur. Nazirlərin 90 faizinin İlham Əliyevə çıxmaq imkanı yoxdur, İlham Əliyev özü də istirahət xoşlayan adam kimi kifayət qədər yüngül iş qrafikinə üstünlük verir”.

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, hakim elita dəyişir, onun təbirincə desək, Mehriban Əliyevanın aid olduğu Paşayevlər ailəsi getdikcə güclənir:

“Son təyin olunan icra hakimiyyəti başçılarının və nazirlərin Paşayevlərə yaxın olması bunu deməyə imkan verir ki, Naxçıvan qruplaşması öz mövqelərini kifayət qədər əldən verib, köhnə qvardiya- mətbuatda dərin Heydər Əliyev klanı kimi xarakterizə olunan klan artıq məğlub olmağa başlayıb və onun əvəzində Paşayevlər qələbə çalmağa başlayıblar”.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesab edir ki, söhbət pulların əl dəyişdirməsindən gedir. Onun sözlərin görə, dəyişiklik ondan ibarətdir ki, indiyə qədər ayrı-ayrı oliqarxlarda olan pullar onlardan alınır və hakim ailənin əlində cəmləşir.

Əliyevlər ailəsi və Prezident Administrasiyası isə dəfələrlə bəyan edib ki, ailənin pulu qeyri-qanunu mənimsənilmiş ictimai vəsait deyil, ailə üzvlərinin özlərinin də biznes qurmaq hüququ var. Əli Kərimli deyir ki, hakimiyyət bu dəyişikliyi sanki liberallaşdırma kimi qələmə verib, özünü reklam edir - PR aparır.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, nazirlər dəyişsə də, rabitənin də, kənd təsərrüfatının da, sahibkarların da köklü problemləri həll olunmamış qalır. AXCP sədri Əli Kərimli deyir ki, son bir neçə ildə azadlıqlar daha çox daralıb. Məsələn, əvvəllər Məhsul stadionunda mitinq keçirmək mümkün olurdu, indi buna da məhdudiyyətlər var.

Keçmiş səfir Arif Məmmədov isə deyir ki, komandanın yeni üzvləri daha çox xarici dil bilsələr də, müasir görünsələr də, onlar xalqa yaxın deyillər, dövlət təcrübələri azdır.

Hökumət bu ilin aprelində, növbədənkənar prezident seçkisindən sonra buraxılıb, yeni hökumətdə azı iki nazir, iki komitə sədri dəyişib, baş nazirin üç müavinini dəyişib. Yeni Azərbaycan Partiyası 25 ildir ki, hakimiyyətdə olsa da, budəfəki Nazirlər Kabineti ən çox yenilənmiş hökumət sayıla bilər.