192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Silahlı Qüvvələrinin 27-ci ildönümüdür
2019-01-28 11:00:49

Ermənistan Respublikası və dünyada yayılmış ermənilər  yanvarın 28-də ER Silahlı Qüvvələrinin yaradılmasının 27-ci ildönümünü qeyd edir.
ER Silahlı Qüvvələrinin yaradılması 1992-1994-cü illərinə üst-üstə düşdü ki, artıq müstəqil Ermənistan Respublikası və Dağlıq Qarabağ Respublikası Azərbaycan ilə bəyan edilməmiş, amma faktiki olaraq müharibədə olaraq,  eyni zamanda  milli ordunun yaradılmasına başladı. Ancaq erməni ordusunun yaradılması məsələsində   1990-cu ildəki  müstəqillik deklarasiyası mühüm rol oynadı. Müstəqillik deklarasiyasıyla Ermənistan  faktiki olaraq müstəqilliyi qazandı və bu yeni hüquqi və praktik perspektivləri açdı.                                                                                                   
1992-ci il yanvarın 28-də Hökumət “Ermənistan Respublikasının Müdafiə  Nazirliyi barədə”  tarixi qərarını qəbul etdi və bununla  qanuni olaraq Erməni Milli Ordusunun yaradılmasını elan etdi. 1992-ci ilin may ayında  Müdafiə Nazirliyi  ordunu  hərbi qulluqçularla tamamlamaq sabit ənənəsiyni nəzərə alaraq, Respublikanın ərazisində  ilk hərbi çağırışa başladı.
Ermənistanın üçüncü  Respublikasının ordusunun formalaşdırılması bir neçə mərhələlərlə keçib. İlk mərhələ 1988-ci ilin fevralından 1992-ci ilin maya qədər davam edib. Bu müddətdə  Qarabağ hərəkatının  aktivləşdirilməsi və Ermənistan-Azərbaycan  münasibətlərinin son dərəcədə  gərgin şəraitlərində Ermənistan və Artsax  əhalisinin hərbi təhlükəsizliyinin təmin edilməsi daha da təcili oldu.
İkinci mərhələ 1992-ci ilin iyun ayından 1994-cü ilin may ayınadək davam etdi. Bu müddətdə  Ermənistan və Artsax Respublikaları Azərbaycan Respublikasının agresiyasının hədəfində idi. Üçüncü mərhələ  1994-cü ilin iyun ayından  başlanıb və  bu günə qədər davam edir.  Bu müddətdə  ordu quruçuluğu, qoşunların döyüş hazırlığının artırılması, intizamın gücləndirilməsi, subay və subordinatlar, həmçinin müqaviləli şəxsi  heyətinin hazırlanması və yenidən hazırlanması, ordu-cəmiyyət əlaqələrində müəyyən irəliləyişlərin təmin edilməsi istiqamətində olduqca  işlər aparılıb.