192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Zamirə Hacıyevanın ekstradisiyası illərlə uzana bilər
2018-11-08 12:48:27

Z.Hacıyeva 15 il həbs cəzası almış Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadıdır.

Londondakı «Harrods» mağazasında 16 milyon funt sterlinq xərcləmiş, 15 milyon funt sterlinqlik evdə yaşayan və Birləşmiş Krallığın İzahedilməz Sərvət Qanununun ilk hədəfi olan bu qadının Azərbaycana ekstradisiya olunacağı gözlənilir. Ötən ay Milli Cinayət Agentliyi ona İzahedilməz Sərvət Orderi təqdim etmişdi, yəni o, sərvətinin mənşəyini təsdiqləyən sənədləri təqdim etməlidir.

Məhkəmədə onun Azərbaycan hökumətinin ekstradisiya ricası əsasında həbs edildiyi bəlli olub.

Azadlıq Radiosunun məlumatınba görə, Ə.Hacıyeva qardaşı arvadı ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının obyektiv araşdırma aparacağına inanmır. Ə.Hacıyeva qardaşı arvadının saxlanılmasını «burdan gedən sifariş» sayır.

Ə.Hacıyeva hələlik qardaşına həyat yoldaşının saxlanılması xəbərini çatdırmadığını da deyir.

Sosial şəbəkələrdə keçmiş bankirin arvadının Azərbaycan tərəfinin ricası ilə saxlanılması müxtəlif cür qarşılanıb. Bunu hakimiyyətin qisasçılıq siyasəti kimi dəyərləndirənlər az deyil. Amma korrupsiyada ittiham olunan bankirin həyat yoldaşının həbsini «cinayət edən cəzasını almalıdır» kimi şərh edən də var.

«Mənə elə gəlir, Azərbaycan tərəfindən rəsmi müraciət edilməsəydi, Britaniya hüquq-mühafizə orqanları onu həbs etməzdi», – REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli deyir.

«Beynəlxalq Bankla bağlı ciddi korrupsiya faktlarının olması heç kimdə şübhə doğurmur. Dövlət Beynəlxalq Bankın 10 milyard dollara yaxın daxili borcunu bağladı və xaricdə 3.3 milyard dollar borcuna zamin durdu».

Amma N.Cəfərli Böyük Britaniya qanunlarına görə, ekstradisiyanın asan olmadığını da vurğulayır: «Çox güman, güclü vəkillər tutulacaq. Zamirə xanımın çoxuşaqlı ana olduğu, Britaniyada yatırımlar etməsi nəzərə alınacaq və bu proses illərlə uzana bilər».