192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son verilməsə, müddətsiz aclıq aksiyasına başlayacağıq”
2019-01-29 12:29:07

"Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatıb". Belə ki, Taleh Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir". Turanın məlumatına görə, bu barədə Müsəlman Birliyi Hərəkatının bəyanatında deyilir.

Sənəddə bildirilir ki, hərəkatın idarə heyətinin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla münaqişəyə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cərimə təcridxanasına (kars) salınır.

"Son günlərdə xüsusilə Abbas Hüseyn və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır. Sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur. Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir".

Bəyanatda deyilir ki, "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri və İdarə heyətinin üzvləri, təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq.

"Kimsə düşünürsə ki, belə aclıq aksiyası həyati təhlükə, öz canına qəsd ola bilər, bunu bilməlidir ki, zatən hazırda hər gün və hər gecə canımıza qəsd edilməsi və həyati təhlükə ilə qarşı-qarşıyayıq. Və bu aksiya da belə vəziyyətin dəyişməsi üçündür", deyə hətəkatın həbsdə olan üzvləri bəyan ediblər.

Ailə üzvləri Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilib.

Sonradan onun işgəncə faktı ilə əlaqədar verdiyi şikayəti araşdırmaq üçün 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildiyi bildirilib. Bir müddət öncə isə Taleh Bağırzadənin təzyiqlərə görə özünə xəsarət yetirməsinə dair məlumatlar yayılıb.