192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP fəalları inzibati həbsə məhkum edilib
2019-01-29 13:31:49

Yanvarın 25-də "Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu və AXCP fəallarının cinayət işi üzrə" məhkəmə prosesində iştirak üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına toplaşan 11 fəal saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Turana bildiriblər ki, Nəsimi Rayon Məhkəməsi polis tərəfindən saxlanılan AXCP fəalları Orxan Səlimzadə, Ayaz Qasımov və Mehdi Nagıyevin hər birinə 30 sutka inzibati həbs verib. Məhkəmə partiyanın fəalları Kənan Əzizli və Ceyhun Arifi isə 200 manat cərimə edib.

AXCP bildirir ki, partiyanın fəalları Xəyal Əliyev, Fuad Tağızadə, Mahir Rüstəmli isə 50 manat cərimə edilib. Daha 2 fəal isə şifahi xəbərdarlıq edilərək azad buraxılıb.

AXCP-nin məlumatına görə, bu ilin yanvar ayı ərzində partiyanın 27 fəalı 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum eidlib. Onlarla fəal cərimə edilib. Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra yüzlərlə partiya fəalına polis tərəfindən zəng edilərək xəbərdarlıq edilib.

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.