192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakı ermənilərinin poqromları: ermənilər bu faciəni və qurbanlarını xatırlayır, azərbaycanlılar isə qürurlu, ancaq tarixi yenidən yazmağa çalışır
2019-01-29 16:00:45

2019-cu il yanvarın 22-də Ermənistan İctimai Radiosunda “Azərbaycan bir həftə ərzində” proqramının növbəti vərilişi yayımlandı. Proqram ərzində Azərbaycanda baş verən ən mühum və maraqlı hadisələri müzakirə olundu. Proqramın aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqramın ikinci bölümündə Bakıda erməni poqromları və sözdə Qara yanvar hadisələrinə toxunuldu.

Bakıda ermənilərin poqromları: 29 il əvvəl keçdi. Bundan öncə də Sumqayıt poqromları idi. "Halqa" əməliyyatı oldu. 1918-ci ildə və bundan öncə 1905-ci ildə də ermənilərin poqromları oldu və bütün bunlar Azərbaycan ərazisində oldu.

Elə görünür ki, tarix erməniləri heç nə öyrətmir. Onlar hər zaman Azərbaycanın demokratikləşməsi üçün aparılan kiçik cəhdlərinə, İlham Əliyevin qanlı rejiminin getməsi ilə hər şey düzəltəcəq düşüncələrinə sevinməyə çalışırlar. Lakin reallıq necədir? Perestroika zamanı demokratikləşmə dalğası ilə hakimiyyətə gələn Qorboçov və Azərbaycan Xalq Cəbhəsindən də belə müsbət gözləntilər vardı, çünki Azərbaycan Xalq Cəbhəsi o zamankı Azərbaycan SSR-in intelektual elitasından ibarətdi. Sonra onlar armaturlarla ermənilərin evlərinə hücuma getdilər.

1990-cı il yanvarın 13-də Bakı şəhərində ermənilərin poqromları başladı. Poqromlar “Sumqayıtlı oğlanlara söz” şüarları ilə keçirilirdi (yəni, Sumqayıtda iki il əvvəl erməni poqromlarına rəhbərlik etmiş 3 nəfərə). Nəticədə bir həftə boyu 19 yanvara qədər erməniləri yandırdılar, balkonlardan atdılar, oğurladılar, zorladılar. Beləliklə, Bakıya Sovet qoşunları girdi.

İndiyədək ölənlərin dəqiq sayı məlum deyil. Sayı 90-dan 300-ə çatır, lakin bu vəziyyətdə ölənləri saymaq doğru deyil, çünki məhz bu fakt kifayətdir. 5, 10, 1000 nəfər da ola bilərdi, lakin önəmli olan o faktıdır ki, insanları etnik zəmində qətlə yetirdilər. Erməniləri qurtarmağa çalışanlar ictimaiyyət tərəfindən qınandılar.

İndi gənc nəslin müasir sülhməramlıları Sumqayıt və Bakıda baş verənləri bilmədən, xatırlamadan deyirlər ki, yalnız Azərbaycan hakimiyyətinin ermənilərlə problemi var, əhalisinin isə ermənilərlə problemi yoxdur. Onlara bütün epizodları, məhz Azərbaycan əhalisi tərəfindən ermənifobiyanın yaradılmasını (R. Səfərovu, aprel müharibəsini, Əylislinin kitablarını yandırmasını) xatırlatmağa başladığımızda, onların kontrargumentləri yoxdur, çünki onlarla əlaqəsi olmayan bir əhalisi adından danışmaq mümkünsüzdür. Kiçik bir QHT qrupunun nümayəndləri ilə neytral bir yerdə ağır mövzulara toxunmadan danışırkən həm dostluq, həm də ünsiyyət tamamilə başa düşülür. Bu kontekstdə elə yanlış təəssürat yaranır guya Azərbaycan əhalisi bir neçə yaxşı gün keçirdiyin bu gənclikdir və burada bunun tamamilə doğru olmadığını izah etmək çox çətindir.

Bu vəziyyətdə iki kotrargument mövcuddur.

Birincisi odur ki, əhalinin erməni xalqına qarşı heç bir pretenziyası yox və hər şeydə günah hakimiyyətindir. Xatırlamalıyıq ki, Azərbaycanın bügünkü hakimiyyətləri 30 il əvvəl olan əhalidəndir. Onlar o vaxt 25-30 yaşında idi. Onlar məmur deyildi. Azərbaycanın adi vətəndaşları idi və bu dalğaya əsaslanaraq özünə karyera yaradanlar idi. Yəni, onlar bu ideologiyasını məhz onların da çıxdığı bu əhalidən aldılar. Onlara bu ideologiyasını tətbiq etməyə məcbur etmədilər və hətta məhz bu ideologiyaya görə, onlar öz karyerasını yaratdılar. Beləliklə, yalnız hakimiyyəti günahlandırmaq döğru deyil, çünki hakimiyyət öz xalqındandır. Onlar bu ideologiyanı öz uşaqlıqdan, evindən və təhsilindən aldılar.

İkincisi, QHT nümayəndələri ilə pozitif təcrübə olanların Azərbaycan ictimaiyyəti haqqında yalnış baxışları var. Burda onlar metodologiya səhvi edirlər və öz təcrübəsini mövcud vəziyyətlə eyni tuturlar. “Mən bu adamı bilirəm, o yaxşı insandır” deyəndə bəli, o yaxşıdır sənin və çərçivən üçün, lakin bu adamın digər çərçivələrdəki hərəkətlərə baxanda görünür ki, bu adamın bir çox ideolojik fikirləri vardır ki, sizin sülhməramlı proqramlarınızda olan fikirlərə ziddir.

Unudmamalıyıq ki, ermənifobiyanın bugünkü ən aktiv fəalları dünənki sülhməramlı proqramların iştirakçılarıdır. Bunun üçün də bu insanlar çox yaxşı və maraqlı insan olduğu halda da təhlükəli ola bilər. Yəni insan və onun təmsil etdiyi ictimaiyyət, onun qanunları və şəxsi çox fərqli şeylərdir.

Azərbaycan hakimiyyəti və müxalifatı Artsax mövzusunda bir frontdadır. Onların daxili konfliktları var, lakin mövzu ermənilər və Qarabağ məsələsi olanda onların 100 faizli solidariyası vardır.