192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əminə Hacıyeva: “Bilmirəm, Cahangirdən nə istəyirlər…”
2019-01-29 15:24:00

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin özü də, vəkili də saxlandığı Bakı istintaq təcridxanasında onun hüquqlarının pozulduğunu bildirir. Keçmiş bankirin vəkili məhkəmədə də bu haqda vəsatət qaldıraraq, C.Hacıyevin ailə üzvləri ilə telefon danışığı və görüşlərinə qoyulan qadağanın aradan qaldırılmasını istəmişdi. Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası C.Hacıyev və daha 21 nəfərin işi üzrə hazırlıq iclasının qərarını elan edərkən bu məsələyə də toxunub.

Hazırda haqqındakı ikinci cinayət işi üzrə mühakimə olunan C.Hacıyevlə yanaşı, müttəhimlər kürsüsündə onun bacanağı Hidayət İsmayılzadə, keçmiş deputat Dünyamin Xəlilov da var. Təqsirləndirilən 22 nəfərdən bu üçü həbsdədir. Onlar da bundan öncə məhkum olunublar, hər üçü haqqında ikinci cinayət işidir.

Ötən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri xeyli vəsatətlər qaldırmışdılar – cinayət işinə xitam verilməsi, Vergilər Nazirliyindən, «Aqrarkredit» QSC, sənədlərin alınması, Bakı istintaq təcridxanasına məktub göndərilməsi və s. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Onların hamısını əsassız sayıb.

C.Hacıyevin telefon danışığı və görüşlərinə qoyulan qadağanın aradan qaldırılması üçün təcridxanaya məktub göndərilməsi məsələsinə də «yox» deyilib. Hakim bildirib ki, iş materiallarında belə qadağanın olduğunu təsdiqləyən sənəd-sübut yoxdur: «Təcridxanadan da belə bir məlumat verilməyib. Ona görə də, bizim ora məktub göndərməyimizə ehtiyac yoxdur. Bu haqda şikayətə baxılması da məhkəmənin hazırlıq iclasının predmeti deyil».

Hazırlıq iclasının qərarına əsasən, C.Hacıyev və digərlərinin işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı fevralın 4-nə təyin edilib.

C.Hacıyevin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna bildirib ki, sentyabrın əvvəlindən qardaşı ilə nə görüşə bilir, nə də telefonla danışır: «Səkkiz ay 13 Saylı Cəzaçəkmə Müəssisəsində görüşməyə qoymadılar. Fevralın 8-də beş ay olacaq ki, Kürdəxanı təcridxanasında görüşə bilmirik. Heç kimə qarşı belə davranmırlar. Nə olub? Cahangirdən nə istəyirlər, bilmirəm».

Ə.Hacıyeva deyir ki, prokurorluq da daxil, müxtəlif dövlət orqanlarına müraciət ediblər, amma nəticəsi yoxdur: «Hamısı bir-birinin üstünə atır».