192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rafael Hüseynzadə inzibati həbsə məhkum edilib
2019-01-29 16:58:00

Yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılan Rafael Hüseynzadə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Bu barədə "Amerikanın Səsi"nə Hüseynzadənin atası Füzuli Hüseynov bildirib.

Hüseynov bu gün oğlunun orada saxlanılmasını həmin məntəqəyə gedərək öyrənib. Lakin ona Rafael Hüseynzadəyə neçə sutka inzibati həbs verildiyini bildirməyiblər.

Bununla yanaşı, Baknın Nəsimi Rayon Məhkəməsinin rəsmi saytında bildirilir ki, Rafael Hüseynzadə barədə hakim Elməddin Hüseynov qərar çıxarıb. O, İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Lakin məhkəmənin rəsmi saytında Hüseynzadəyə neçə sutka həbs verildiyi barədə məlumat yoxdur. Bu maddənin sanksiyasında bir ayadək inzibati həbs nəzərdə tutulur.

Azərbaycanda "tək adam" aksiyası termini Füzuli Hüseynovla bağlıdır. Belə ki, Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə və xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə "Siyasi məhbuslara azadlıq", "Rədd olsun İlham Əliyev" şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.

Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı məlumat almaq hələlik mümkün olmayıb.