192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Korrupsiya indeksində Ermənistan 105-ci, Azərbaycan isə 152-ci pillədədir
2019-01-29 17:13:00

Azərbaycan korrupsiya indeksinə görə 25 balla 180 ölkə arasında 152-ci yeri tutub. Bu barədə Transparency International beynəlxalq şəffaflıq təşkilatının yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində deyilir. Təşkilat hesab edir ki, ötən il Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi. Azərbaycan rəsmiləri bu gün açıqlanmış hesabata hələlik, münasibət açıqlamayıb. Ancaq ümumilikdə hakimiyyət təmsilçiləri ölkədə korrupsiyayla davamlı mübarizə aparıldığını bildirir.

Ermənistan 35 balla 105, Gürcüstan 58 balla 41-ci, Rusiya və İran 138-ci pillədədirlər.

Bu indeks 13 sorğu və ekspert dəyərləndirməsi üzrə 180 ölkədə və ərazidə dövlət sektorunda korrupsiyanı ölçür. Ən yüksək səviyyədə korrupsiyalaşmış ölkələrə sıfır, ən təmizlərə isə 100 bal verilir.