192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Demokratik Qüvvələrin Milli Şurası: Mübarizə, o cümlədən icazəsiz aksiyalar davam etdiriləcək
2019-01-30 11:35:45

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası 26 yanvar mitinqinә razılıq verilmәmәsi ilә bağlı bәyanatla çıxış edib. Bəyanatda deyilir:

"Milli Şura Bakı Şәhәr İcra Hakimiyyәtinә yanvarın 26-da şәhәrin Yasamal rayonunda yerlәşәn Mәhsul stadionunda növbәti mitinqini keçirmәk üçün müraciәt etmişdi. Lakin BŞİH vәtәndaşların sәrbәst toplaşmaq hüququna hörmәtsizlik edәrәk, mitinqin keçirilmәsinә razılıq vermәdi. BŞİH-in mitinqlә bağlı müraciәtimizә verdiyi cavabda açıq şәkildә yazılır ki, ona razılıq verilmәmәsi birbaşa polisin istәyi ilә olub. Bu cavab hәm dә ölkәdә polis rejiminin bәrqәrar edildiyinin etirafıdır.

Yanvarın 26-da mitinqin keçirilmәsinә qәrar Milli Şuranın 19 yanvar mitinqindә 20 min nәfәrәdәk insanın iştirakı ilә qәbul olunmuşdu. Bakı polisinin saxta iddialarına söykәnib ona razılıq vermәmәk hәr şeydәn әvvәl hәmin insanların iradәsinә zidd getmәk vә ölkә vәtәndaşlarının Azərbaycan Konstitusiyası və İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyası ilə qorunan sərbəst toplaşma hüququnu pozmaqdır.

BŞİH-in öz qәrarında polisin müraciәtinә әsaslanması onu demәyә imkan verir ki, hakimiyyәt ümumiyyәtlә bundan sonra dinc etiraz mitinqlәrinә razılıq vermәmәyә meyllәnib. Milli Şura hakimiyyәti belә bir yanlış niyyәtdәn daşınmağa çağırır. Çünki bu, ölkәdә sәrbәst toplaşmaq azadlığının tamamilә lәğvi demәk olacaq vә hakimiyyәtin özü üçün dә ağır nәticәlәr doğuracaq.

Hakimiyyәt onsuz da indiyәdәk dinc mitinqlәrin tәşkilinә çoxsaylı maneәlər yaratmaqla sәrbәst toplaşma azadlığını mәhdudlaşdırıb. 19 yanvar mitinqi әrәfәsindә dә tәşkilatçılar kütlәvi şәkildә hәbs edildi, icra hakimiyyәtlәrinin vә polisin tәqibinә, hәdәlәmәsinә mәruz qaldı. Mitinqdәn qabaq AXCP-nin 24, Müsavatın 2 funksioneri müxtәlif müddәtlәrә inzibati qaydada hәbs olundu, insanları mitinqdә iştirakdan çәkindirmәk üçün hәr vasitәyә әl atıldı. Lakin bütün bunlara baxmayaraq, әn mәhdud şәrtlәr daxilindә tәşkilatçılığa rәğmәn, 19 yanvar mitinqi son 13 ilin әn izdihamlı mitinqi oldu. Göründü ki, artıq xalqımızın siyasi fәallığı yüksәlib vә öz taleyi uğrunda meydana çıxmağa hazırdır. Mәhz bu amil hakimiyyәti qorxuya saldı vә növbәti mitinqә razılıq verilmәdi. Başqa sözlә, belə görünür ki, hakimiyyət xalqın maraqlarını və açıq tələblərini nəzərə alıb avtoritarizmdən demokratiyaya keçid istiqamətində addımlar atmaq əvəzinə, dəyişiklik qorxusundan tam diktatura rejiminə keçmək qərarına gəlib.

Milli Şura yaranmış vәziyyәtә uyğun qәrarlar verәcәk, ölkәdә azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacaq. Milli Şura bütün qanuni vasitәlәrdәn istifadә edәcәk ki, vәtәndaşların sәrbәst toplaşmaq azadlığı tәmin olunsun vә biz razılaşdırılmış çoxminlik mitinqlәrimizi davam etdirә bilәk. Hakimiyyәt bilmәlidir ki, insanların dinc etiraz hüququnu uzun müddәtә әlindәn ala bilmәyәcәk. Әgәr razılaşdırılmış mitinqlәrә imkan vermәmәk xәtti götürülәcәksә, Milli Şura razılaşdırılmamış kütlәvi aksiyaların tәşkili hüququnu özündә saxlayır".