192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan girovların mübadiləsi barədə Azərbaycandan heç bir təklif almayıb, bu tamamilə yalandır: Gabriel Balayan
2018-11-08 13:37:59

Erməni tərəfi  girovların mübadiləsi  barədə Azərbaycandan   heç bir təklif almayıb. Bu barədə  jurnalistlərlə  brifinq zamanı ER Müdafiə nazirinin müavinin vəzifəsini icra edən Gabriel Balayan deyib.

“Bu tamamilə yalandır. Müdafiə nazirliyindən mənim çıxdığıma  qədər, yəni  bu gün  təxminən saat 10:20-də  Müdafiə nazirliyi oxşar  təklif  almayıb”- deyə Gabriel Balayan deyib.

O, qeyd etdi ki, adətən  oxşar təkliflər  qəbul olunmuş prosedura uyğun olaraq  Qırmızı Xaçın vasitəsilə qəbul edilir.

“Mən nə Ermənistanda, nə də Artsaxda  hərbi girovların olmadığını nəzərə alaraq, sözün nə barədə  olduğunu təsəvvür edə bilmərəm. Əgər onlar tərəfindən belə təşəbbüsü olmuşdursa, düşünürəm ki, vəziyyətə çox yaxşı nəzarət edən Qırmızı Xaç özü də  anlayır ki,  bu  sadəcə öz daxili ya da bəzi xarici tərəflərə ünvanlanmiş, hər hansı bir əsas olmayan bəyanatdır”- deyə Gabriel Balayan deyib.