192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan dünyada korrupsiyanın artım sürətinə görə «çempion» olub
2019-01-30 13:46:15

Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Meydan TV-yə deyib ki, təşkilat hesabatlarını çox ciddi indikatorlara əsasən hazırlayır.

Onun sözlərinə görə, ən vacib indikatorlardan biri odur ki, hökumət yerli və xarici mediada korrupsiya haqda açıqlanan informasiyaları araşdırımalıdır.

“Əgər bu araşdırma yoxdursa, deməli, hökumət həmin korrupsiya sxemlərinin aşkarlanmasında maraqlı deyil. Bu, kifayət qədər ciddi indikatordur. Azərbaycanın 30 bənd aşağı düşməsi məhz onunla bağlıdır ki, ötən il yerli və xarici mətbuatda “pulyuyan maşın” başlıqlı məlumatlar və araşdırmalar yayıldı. Ancaq dövlətin müvafiq qurumları bu istiqamətdə heç bir tədbir görmədiyi üçün Beynəlxalq “Transparency İnternational” təşkilatına əsas verir ki, hökumətin korrupsiya sxemində maraqlı olduğu qənaətinə gəlsin. Ona görə Azərbaycanın reytinqi aşağı düşdü”.

Azadliq.info saytında «Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir» sərlövhəli yazı yer alır. Sayt «Transparency International»ın son hesabatında Azərbaycanın korrupsiya ilə mübarizədə bir ildə 30 pillə geriləməsi ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verib.

Q.İbadoğlu deyib ki, korrupsiyaya dair hesabata görə, əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə 152-156-cı yerləri bölüşdürür: «Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə «çempion» olub».

İqtisadçı bu geriləmənin sürətli olmasını bəzi ölkələrlə müqayisədə nəzərə çatdırır: «Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb».

Ekspert iddia edir ki, bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı, Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya çata, Somalinin əlindən «birinciliyi» ala bilər.

Q.İbadoğlunun deməsinə görə, Azərbaycanda baş verənlər hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi: «Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azında Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir».