192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İsgəndər Həmidov saxlandığını deyir
2019-01-30 17:56:22
 

Bu gün, yanvarın 30-da keçmiş daxili işlər naziri İsgəndər Həmidovun Şəki Rayon Polis Şöbəsində saxlanıb, bir qədər sonra buraxıldığı bildirilir.

Bu barədə İ.Həmidovun özü məlumat verib. Onun sözlərinə görə, iki saata yaxın Şəki Rayon Polis Şöbəsində saxlanıb. O vurğulayıb ki, Şəki rayonuna gəlişində məqsəd keçmiş müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar yas mərasimində iştirak olub.

«Amma saxlanılmağım hansısa qanun pozuntusu ilə bağlı deyildi. Mənimlə hakimiyyəti tənqidi çıxışlarım, yeni yaratdığımız hərəkat barədə danışırdılar», - keçmiş nazir bildirib.

Amma bu deyilənlərə, hələlik, Şəki Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.